İşçisi Azərpaşa Nemətovu məhkəməyə verdi - Növbəti QARŞIDURMA
Bizi izləyin

Magazin1

İşçisi Azərpaşa Nemətovu məhkəməyə verdi - Növbəti QARŞIDURMA

Xəbərdarlıq edilmədən işdən çıxarıldığına görə.

Akademik Milli Dram Teatrının işçisi, prodüser Elşad Əliyev teatrı məhkəməyə verib.

Səbəb, dediyinə görə, ona xəbərdarlıq edilmədən işdən çıxarılmasıdır.

O açıqlamasında məsələyə aydınlıq gətirmək üçün teatrın rəhbəri ilə görüşmək istədiyini, amma direktoru onu qəbul etmədiyini bildirib. Buna görə də məhkəməyə üz tutmalı olub.

Teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı Publika.az-a açıqlamasında məsələyə belə aydınlıq gətirib:

“Məndə olan məlumata görə, Elşad Əliyev hazırda Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşıdır. Paralel olaraq və əvəzetmə ilə Akademik Milli Dram Teatrında menecer kim çalışıb.

Onunla dörd aylıq müqavilə bağlanıb və sınaq müddəti müəyyən olunub. Müqavilə başa çatdığına görə vəzifəsindən azad olunub. Elşad Əliyev Akademik Milli Dram Teatrını məhkəməyə veribsə, bu onun vətəndaş kimi hüququdur. Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən məhkəməyə şikayət edilməsi haqqında Azərbaycan Respublikasının qanunu var.

Elşad Əliyev də vətəndaş kimi bu hüquqdan istifadə edib. Son qərarı məhkəmə verəcək. Buna görə də nəsə fikir bildirmək mənim səlahiyyətim daxilində deyil”

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm