PUL DAVASI: Zülfiyyə "Təhminə"ni belə susdurdu: “Get…”
Bizi izləyin

Magazin1

PUL DAVASI: Zülfiyyə "Təhminə"ni belə susdurdu: “Get…”

"Biz ona nə pul vəd vermişik, nə də başqa şey”.

Türkiyənin tanınmış aktrisası Meral Konratın Xalq artisti Zülfiyyə Xanbabayevanın “Təhminə-2” filminin çəkilişi üçün Bakıya dəvət edildiyi, amma aldadılaraq qonorar almadığı barədə açıqlaması şou aləmin gündəmini alt-üst edib.

M.Komrat buna görə müğənninin ondan üzr istəməsini tələb edib:

“Zülfiyyə xanıma da çox hirsliyəm. Zülfiyyə xanımla burada tanış oldum. O, tanınmış sənətçi ola bilər, amma sənətçi olaraq bu alətə ortaq olmaq heç xoş deyil. Fəxrəddin Manafov və Zülfiyyə Xanbabayeva məndən üzr istəməlidir”.

Publika.az-a açıqlama verən Z.Xanbabayevanın prodüseri Nigar Hacıyeva üzr istəməyəcəklərini deyib:

“Zülfiyyə xanım niyə Meral Komratdan üzr istəməlidir ki? Biz onu heç tanımırıq da. Klipin təqdimatından sonra qonaqlıq oldu, Zülfiyyə xanım da orda onunla tanış oldu. Biz klipin sifarişini vermişik, Fəxrəddin Manafovun da tanıdığı prodüserlər sifarişlə o xanımı Bakıya gətiriblər. Meral xanım Fəxrəddin Manafovla yaxın dostdurlar, adama deyərlər get, məsələni özünüz həll eləyin. İkincisinə də qalanda üstündən on il keçib. O xanım indi niyə bu söhbəti ortaya atır, bilmirəm. Biz ona nə pul vəd vermişik, nə də başqa şey”.

Klipin büdcəsinə gəlincə, prodüser bu barədə danışmaq istəmədi:

“Biz heç vaxt büdcə açıqlamırıq. Amma həmin klip plyonkaya çəkilib, bahalı layihədir. Meral Komrat özü də gözəl bilirdi ki, bu film yox, klipdir. Cəmi bir-iki kadrda görünüb, indi də pul davası edir”.

Xatırladaq ki, sözügedən klipi Ramiz Fətəliyev və Fuad Əlişov çəkib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm