Aşıq Zülfiyyə: “20 yaşı var, amma 50 yaşında görünür”
Bizi izləyin

Magazin1

Aşıq Zülfiyyə: “20 yaşı var, amma 50 yaşında görünür”

Aşıq Züfiyyənin doğüm günüdür.

Aşıq Züfiyyənin doğüm günüdür. Sənətçi doğum gününü Tovuzda qohum-əqrəbası arasında qeyd edir.

Publika.az-a açıqlama verən xanım sənətçi yaş kompleksi keçirmədiyini deyib: “Bəzi xanımlar kimi oturub yaşımı özümə dərd eləyənlərdən deyiləm. Əsas ruhun yaşıdır. Qadın var 20 yaşındadır, amma 50 yaşında görünür. Qadın da var 70 yaşındadır, amma 25 yaşda görünür. Ruhu saza-sözə bağlı olan aşıq qocalmaz. Amma hardansa eşitdiyim bir maraqlı fikri xatırladım: “Hər yaş bizi ölümə bir addım da yaxınlaşdırır, amma biz bunu bayram edirik”. Bu bizi məyus edir”.

Sənətçi bolluca hədiyyələr də alıb: “Oğlum, həyat yoldaşım sevdiym çiçəklər və ətirlərlə məni təbrik etdilər. Əzizlərimin yanında doğma Tovuzda olmağım elə mənim üçün ən böyük hədiyyədir”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm