Fuad Poladovdan GÖZLƏNİLMƏZ ADDIM: “Maraqlandım və gördüm ki…”
Bizi izləyin

Magazin1

Fuad Poladovdan GÖZLƏNİLMƏZ ADDIM: “Maraqlandım və gördüm ki…”

Xalq artisti Fuad Poladov bu günlərdə çəkilən “Mələyin öpüşü” filmində aldığı roldan danışıb.

Publika.az-a açıqlama verən xalq artisti filmə rejissora görə çəkildiyini deyib:

“Filmə təklfi alandan sonra maraqlandım. Gördüm ki, rejissor istedadlı oğlandır, Amerikada təhsil alıb, qayıdıb. Onun filminə çəkilmək mənə maraqlı gəldi, razalıq verdim. Filmdə valideyinəm, ata obrazını canlandırıram. Ürəyimcə oldu. Artıq film çəkilişləri bitib, görək tamaşaçı nə deyəcək?”

Qeyd edək ki, Oksana Rəsulovanın rəhbəri olduğu “Oskimedia”nın istehsalı olacaq filmin rejissoru Əsgər Əli Hacızadə, operatoru Nadir Mehdiyevdir.

Filmdə xalq artistləri Fuad Poladov, Şamil Süleymanov, əməkdar artist Münəvvər Əliyeva, aktrisa Təranə Əliyeva, telaparıcı Şəhriyar Əbilov, müğənni İlhamə Qasımova çəkilir.

Qeyd edək ki, bir müddət öncə Publika.az-a açıqlamasında Fuad Poladov hər filmə cəkilməyə razılıq vermədiyini demişdi.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm