• USD 1,7000 0,00% EUR 2,0614 +0,23%
    • GBP 2,3949 -0,17% RUB 0,0236 0,00%

Evlilik verilişindəki azərbaycanlılar bu BİABIRÇILIĞI DA ETDİ - VİDEO

  • Magazin1
  • 14 Yanvar 2017 14:11
  • 5 762 Baxış
Evlilik verilişindəki azərbaycanlılar bu BİABIRÇILIĞI DA ETDİ - VİDEO

Zuhal Topalın evlilik verilişinə qatılan azərbaycanlı gənclər “saf sevgiləri” ilə Türkiyədə böyük populyarlıq qazanıb.

Publika.az xəbər verir ki, azərbaycanlı Naz Mila ilə Əli Əkbər romantik şam yeməyinə çıxıb. Naza aşiq olduğunu deyən Əlinin videoda sevgilisi ilə səmimi münasibətləri və öpüşləri diqqətdən qaçmayıb. Naz isə hazırda xoşbəxt olduğunu, keçmişdə yaşadıqlarını unutmaq istədiyini söyləyib.

Xatırladaq ki, Naz Mila həmin verilişdə Baha adlı türk vətəndaşı ilə tanış olub nişanlanmışdı. Cütlük cəmi iki gün nişanlı qala bilib. Həyatında yeni səhifə açmaq istədiyini bildirən Naz indi keçmiş nişanlısının gözü önündə həmyerlisi olan model Əli Əkbər eşq macərası yaşayır.

Qeyd edək ki, Türkiyənin bir çox evlilik verişlərində baş verənlər ssenari əsasında qurulur. Namizədlər isə yüksək qonorar müqabilində verilişdə hər cür rola girməyə razı olur. Azərbaycanlı gənclərin səmimi münasibətləri də qurma oyundur.

Türkiyə KİV-lərində bu cür verilişlər dəfələrlə tənqid olunub, verilişlərin bağlanması üçün çoxsaylı kompaniyalar keçirilib. Şikayətlərdə izdivac verilişlərinin gənclərin psixologiyasına mənfi təsir etdiyi, heç bir əxlaqi dəyərlərə cavab vermədiyini qeyd olunub.

Aytən

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR