Xalq artistini ələ salan xanım meyxanaçıdan SƏRT SÖZLƏR: "Əcəb edib..." - FOTO
Bizi izləyin

Magazin1

Xalq artistini ələ salan xanım meyxanaçıdan SƏRT SÖZLƏR: "Əcəb edib..." - FOTO

40 ildir musiqi sahəsindəyəm və...

Xəbər verdiyimiz kimi meyxanaçı Samirə Yusifqızı Xalq artisti Amaliya Pənahovanın yeni görünüşünü bəyənməyib və aktrisa haqda sosial şəbəkədə şərh bildirib. Meyxanaçının bu şərhi müzakirələrə səbəb olub.

Publika.az-ın xəbərinə görə, o, İstiPress-ə açıqlama verərək, sənətkarımız haqda yazılan fikirlərin ona aid olmadığını bildirib:

“Amaliya Pənahovaya böyük hörmətim var. Yazılan şərh mənə aid deyil. Mənim köməkçim telefonumu götürüb və mənim adımdan sosial şəbəkədə şərhlər yazıb. Çox şeylər yazıb. Çox əsəbiləşdim. Onu işdən qovmuşam. O da yazdıqlarından çox peşman olub. Uzun müddət xaricdə yaşayıb. Bilməyib ki, yazdıqları bu cür rezonans doğurar. Əslində, heç yazılan şərhdə təhqir də yoxdur. Amma böyük səs-küyə səbəb olub. Amaliya xanıma gəldikdə isə əməliyyat edib, əcəb edib. Kimə nə? Xanım özünə baxımlı olmalıdır”.

Meyxanaçı onu sosial şəbəkədə təhqir edənlərə də sərt ismarış ünvanlayıb:

“Mənim 50 yaşım var. 40 ildir musiqi sahəsindəyəm. 3 diplomlu ali savadlı ziyalı xanımam. Asəf Zeynallı adına musiqi məktəbinin fortepiano və muğam bölmələrini bitirmişəm, Milli Musiqi Konservatoriyasının məzunuyam. 18 mahnım Azərbaycan Dövlət Teleradionun qızıl fondunda saxlanılır. Mən ziyalı nəslin nümayəndəsiyəm. Meyxana mənim bacarığımdır. Mənim haqda təhqiramiz söz yanalar heç utanmır? Bəlkə kimsə mənim ayıb işimi görüb? Hər zaman yerimi bilən xanım olmuşam. Tərbiyəsiz söz yalanlara ayıb olsun! Mənim hüquqlarımı qoruyan vəkilim var. Artıq bu işi belə qoymayacağam. Lazimi orqanlara şikayət olunacaq".

Qeyd edək ki, Samirə Yusifqızı sosial şəbəkədə aktrisa üçün bu sözləri yazıb: “Bəyənmirəm. Çox pis görünür. Hər yaşın öz gözəlliyi var. Üzünü dəyişdi, ürək ki dəyişmir. Ayıbdır. Heç yaraşmır”.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oxumağa davam et
Reklam
Reklam

Gündəm