Məşhurlar Xalq artistini YIXIB-SÜRÜDÜ: “Onunla bir arada olmaq istəmirik, çünki...”
Bizi izləyin

Magazin1

Məşhurlar Xalq artistini YIXIB-SÜRÜDÜ: “Onunla bir arada olmaq istəmirik, çünki...”

“Onunla bir arada olmaq istəmirik, çünki...”

Artıq bir neçə ildir ki, Azərbaycanda Beynəlxalq Muğam Festivalı keçirilir. Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi əsasında Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Muğam televiziya müsabiqəsində seçimlərə yenidən start verilib.

Картинки по запросу nadir axundov

Publika.az Unikal.org-a istinadən bildirir ki, layihə rəhbəri Nadir Axundov seçim turunun indiyədək Gəncə və İsmayıllıda baş tutduğunu deyib: “Hazırda seçimlər Bərdədə və sabah isə Ağcəbədidə keçiriləcək. Hazırda 300-dən çox iddiaçı var. Bu il İranın Təbriz şəhərindən 6 nəfər də müsabiqədə iştirak edəcək və bu bizə çox xoşdur. Bundan sonra Bakıda 4 günlük dinləmələr olacaq. İyirmilik seçildikdən sonra mart ayında yeni muğam televiziya müsabiqəsi başlayacaq”.

Qeyd edək ki, müsabiqənin münsiflər heyətinin tərkibi olduğu kimi qalıb. Jüriyə Sərdar Fərəcov, Əlibaba Məmmədov, Arif Babayev, Ramiz Zöhrabov, Səkinə İsmayılova, Mənsum İbrahimov və Nadir Axundov daxildir.

Müsabiqənin münsiflər heyətinin tərkibinə Xalq artisti Canəli Əkbərov qatılmaq istəsə də, digər münsiflər bundan imtina edib. Onlar unikal.org-a açıqlamasında deyiblər ki, Canəli Əkbərov münsif kimi heyətə qatılarsa, onlar burda iştirakdan imtina edəcəklər.

Картинки по запросу mənsum ibrahimov

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Mənsum İbrahimov deyib ki, biz 5 müsabiqəni yola vermişik və hazırda 6-cı müsabiqənin seçimlərinə start verilib: “Mən şəxsən Canəli Əkbərovun münsiflər heyətində təmsil olunmasını istəmirəm. Çünki o adam çox qərəzlidir və hazırkı münsiflər heyətinin hamısı ilə küsülüdür. Canəli Əkbərov heç kimlə yola getmir və əgər kimsə dava-qırğın istəyirsə, qoy, o, bu müsabiqəyə qatılsın. Şəxsən o bu müsabiqədə iştirak edərsə, mən münsif kimi burada qalmaqdan imtina edəcəm. Burada mənim məqsədim muğamımızın inkişafıdır və o isə qərəzli adamdır. Bu adamla yola getmək mümkün deyil. Bu adam ağzına gələni hər yerdə, xüsusən mətbuatda danışır”.

Картинки по запросу Səkinə İsmayılova

Xalq artisti Səkinə İsmayılova deyib ki, Canəli Əkbərov heç zaman müsabiqədə iştirak etməyib və bundan sonrada iştirakını istəmir: “Hazırkı münsiflər heyətində seçimlərdə fikirlərimiz ayrı-ayrı olsa da, sonda bir-birimizi tamamlaya bilirik. Mənə elə gəlir ki, Canəli Əkbərov bunu bizimlə etməyəcək. O adam sağlam bir iş ortaya çıxarmayacaq. Mənə elə gəlir ki, hazırkı heyətlə biz hər şeyin öhdəsindən layiqincə gələ bilirik”.

Картинки по запросу Arif Babayev

Xalq artisti Arif Babayev maraqlı mövqe bildirib: “Vallah Canəli bizim düşmənimiz deyil. Amma o, bizim işimizə problem yaradır. Bu layihə Mehriban xanım Əliyevanın ərsəyə gətirdiyi proyekt olduğu üçün istəmirik ki, burada söz-söhbət olsun. Mən onu başqa müsabiqələrdə də görmüşəm və daim problem yaradır. Hazırda kollektiv onu istəmir və o cümlədən mən. Nə qədər ona dərs keçəsən? Nə qədər deyəsən ki, bu belə yox, başqa cürdür? Bunu burda demək olmaz. Bu mümkün deyil. Ona görə bu böyük bir layihə olduğu üçün istəmirik ki, burada skandal olsun. Burada işlər çox gözəl və hər şey qaydasındadır”.

Картинки по запросу Əlibaba Məmmədov

Xalq artisti Əlibaba Məmmədovun sözlərinə görə, Canəli Əkbərov müsabiqəyə gələrsə, o da iştirakdan imtina edəcək: “Mən şəxsən öz adımdan danışıram. Münsif kimi Canəli Əkbərovun orada iştirakının tərəfdarı deyiləm. O iştirak edərsə, mən bundan imtina edəcəm”.

Картинки по запросу Sərdar Fərəcov

Xalq artisti Sərdar Fərəcov vurğulayıb ki, Canəli Əkbərov bizim hörmətli sənətkarımızdır: “Amma müsabiqə kollektivlik sevir və burada təmsil olunan hər bir adam professionallıqdan başqa, bir -birlərinə insani münasibət bəsləyirlər. O adam mətbuatda da öz həmkarları haqqında mənfi fikirlər səsləndirir. Bu adamın dedikləri istər-istəməz ünvanına çatır və hamısı tərəfindən inciklik yaradır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm