Xərçəngdən əziyyət çəkən rejissorun xanımı: “Allahım, balamı atasız qoyma...”
Bizi izləyin

Magazin1

Xərçəngdən əziyyət çəkən rejissorun xanımı: “Allahım, balamı atasız qoyma...”

Xərçəngdən əziyyət rejissorun həyat yoldaşı: “Balamı atasız qoyma...”

Qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadənin səhhəti ağırlaşıb.

Publika.az xəbər verir ki, bu barədə rejissorun həyat yoldaşı Səbinə Zəkizadə sosial şəbəkədə məlumat verib:

“Şahinin səhhəti yenidən ağırlaşıb, infeksiya qapıb. Ağır mərhələ keçir. Həkim deyir ki, adi bir toz belə bu səviyyəyə gətirib çıxara bilər. Allah bütün xəstələrə güc və şəfa versin. Onlar çəkdiyi ağrını biz heç cürə başa düşə bilmərik. Əlimizdən dua etməkdən başqa heç nə gəlmir. Allahıma dua edirəm ki, Əli balamı atasız qoymasın. Bağışla, Şahini Seyyid Əliyə... Nə olar Allahım bizə möcüzə göstər, səsimi eşit. Bu həyatda heç kimin paxıllığını çəkmədik, heç kimin xoşbəxtliyinə göz dikmədik. Allaha üsyan əsla etmərəm. İnanıram ki, Rəbbim bizi bu çətin sınaqdan çıxarar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm