“Buta” körpələr evi - uşaq bağçasının 5 yaşı tamam oldu - FOTOLAR
Bizi izləyin

Magazin1

“Buta” körpələr evi - uşaq bağçasının 5 yaşı tamam oldu - FOTOLAR

"Ailələr övladlarını bizə etibar edirlər".

“Buta” körpələr evi - uşaq bağçasının 5 yaşı tamam olması münasibətilə Rəşid Behdudov Mahnı Teatrında konsert proqramı keçirilib.

Publika.az xəbər verir ki, “Buta” 22 avqust 2011-ci ildən fəaliyyətə başlayıb. Nəsimi rayonunda fəaliyyətə başlayan bağçanın 23 sentyabr 2013-cü ildə Sabunçu rayonu Bakıxanov qəsəbəsində ikinci korpusu açılıb. Hazırda üç korpusla fəaliyyət göstərən bağçanın nəzdində “Buta” psixologiya və inkişaf mərkəzi də fəaliyyət göstərir.

“Buta” körpələr evi - uşaq bağçasının direktoru Günay Ağalamalı təəssüratlarını bizimlə bölüşüb:

““Buta” körpələr evi-uşaq bağçası fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası və “Təhsil haqqında” Azərbaycan Respublikasının müvafik qanunvericilik aktlarına əsasən, həyata keçirir. Bu tədbirdə də biz fəaliyyətimizin kiçik bir hissəsini göstərdik. Uşaqlar tamaşada öz əllərilə “Buta” bağçasını yaratdılar. Artıq 5 ildir ki, ailələr övladlarını bizə etibar edirlər. Uşaqların hər birinə öz övladlarımız kimi yanaşırıq, heç bir uşağa fərq qoymuruq. Onların inkişafı üçün hər cür şərait yaradılıb. Həmçinin körpələr, orta və böyük yaş qrupuna uyğun olaraq dərnəklər qurulur. "Buta" özəl məktəbəqədər təhsil müəssisəsidir. Bununla belə fasiləsiz milli təhsilin həyata keçirilməsində ilkin pillə rolunu oynayır. Cinsindər, irqindən, dilindən, dinindən, milliyətindən, sosial vəziyyətindən, mənşəyindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün məktəbəqəqdər yaşlı uşaqların, onların valideynlərinin arzusuna uyğun şəkildə tərbiyə və təhsilə hazırlanma prosesilə məşğul olur. Onu da qeyd etmək istərdim ki, valideynlərin arzusu və istəyi ilə tədris dövlət standartları əsasında digər dillərdə də aparılır. Bağçada Azərbaycan və rus dillərində qruplar var. Hətta uşaqlara fransız dili belə öyrədilir. Bağçanın məzunları məktəbə başlayanda artıq hazırlıqlı gedirlər. Əksəriyyəti paytaxtın ən nüfuzlu məktəblərində təhsil alır. Bunun özü bizim üçün qürurverici uğurdur”.

İki övladını “Buta”ya etibar edən Leyla Məmmədova da müəllimlərdən razılığını dilə gətirib:

“Qızlarım İnci və Fərəhi bu bağçaya qoymuşam, çox razıyam. 4 ildən çoxdur ki, bağçanın daimi sakinləriyik. Valideynlərin əsas istəyi müəllimlərin uşaqlarla öz övladları kimi rəftar etməsidir. Mən deyərdim ki, bu bağçanın müəllimləri övladlarımın qayğısına hətta məndən də yaxşı qalır, daha çox təşəbbüs göstərirlər, daha can yanğısı ilə yanaşırlar. Tədris prosesində uşaqların meyli, marağı və fərdi xüsusuyyətləri nəzərə alınır. Uşaq psixologiyasını onlar daha yaxşı bildiyi üçün mənə məsləhətlər də verirlər”.

Rəqqasə Fatimə də oğlunu “Buta” körpələr evi - uşaq bağçaına etibar etdiyini deyib:

“Artıq neçə illədir ki, oğlum Hüseyn bu bağçaya gəlir. Əvvəlcə başqa bağçaya qoymuşdum, lakin gördüm ki, oğlumun inkişfında heç bir dəyişiklik baş vermir. Bu, məni bir valideyn kimi narahat etməyə başladı. Daha sonra “Buta” haqqında maraqlandım və gördüm ki, burda uşaqların həm əyləncəsi, həm də inkişafı üçün həqiqətən də hər cür şərait yaradılıb. Müəllimlər uşaqlara öz balaları kimi yanaşır, təlim-tərbiyələrilə məşğul olur və onlara savad verir. Rəhbərin psixoloq olması bağçanın əsas üstünlüyündən biridir. Çünki uşaqlarla məşğul olmaq üçün həqiqətən də böyük səbr tələb olunur”.

Aytən

Fotolar: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm