Azərbaycanlı çilingər “Ukraynanın səsi” yarışmasında jüriylə duet oxudu - - VİDEO
Bizi izləyin

Magazin1

Azərbaycanlı çilingər “Ukraynanın səsi” yarışmasında jüriylə duet oxudu - - VİDEO

Gənc ifaçı növbəti tura vəsiqə qazanıb.

Ukraynada keçirilən “Ukraynanın səsi” müsabiqəsində azərbaycanlı çilingər iştirak edib.

"Report" xəbər verir ki, Cavid Məmmədov "Antonio Banderas - Cancion Del Mariachi" mahnısını ifa edib. Gənc ifaçı növbəti tura vəsiqə qazanıb.

O, bununla yanaşı, müsabiqə iştirakçıları və seyrçilər üçün məşhur "Küçələrə su səpmişəm" xalq mahnısını da ifa edib. Azərbaycanlı iştirakçının hər iki ifası böyük maraqla və sürəkli alqışlarla qarşılanıb.

Qeyd edək ki, C.Məmmədov “Eurovision”nın qalibi olan Camalanın komandasında çıxış edir. Müsabiqə Ukraynanın “1+1” telekanalında yayımlanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm