Göyçayda bu bəyə 10 gün, 10 gecə toy çalındı - VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Magazin1

Göyçayda bu bəyə 10 gün, 10 gecə toy çalındı - VİDEO - (YENİLƏNDİ)

Adıçəkilən şəxs Rusiyada bizneslə məşğuldur.

Məclisin aparıcısı Pünhan İsmayıllı AzNews.az-a açıqlamasnda bildirib ki, toyun səbəbkarı olan Hilal bəy Rusiyada yaşayır: “Bəyin qohum-əqrabaları ardıcıl olaraq kəndə Hilala toy edib. Axırıncı toyu isə atası edib. Əsas toyun müğənnisi Manaf Ağayev olub. Toy sahibi dedi ki, “əhd eləmişəm, oğlumun toyunda mikrofonsuz oxuyacaqsınız”. Mən şeir dedim, Manaf Ağayev də oxudu.”

Müğənni Manaf Ağayev isə bildirib ki, toya 500 şəxs dəvət olunub, amma 1000 nəfər iştirak etdiyini vurğulayıb:

“Mən əsas toyda oxumuşam. Hələ belə toy olmamışdı. Camaatı zal tutmurdu, məcbur olub aşağı zalı da götürdülər. Mən də mikrofonsuz oxudum, aparatura yox idi, heç kəs gözləmirdi ki, toya bu qədər adam gələcək. Əvvəl iki ciyər axşamı, ardınca da qız toyu olub. 4 gün davam edən toy mərasimlərindən xəbərim var, amma qalanlarının harada keçirilməsindən xəbərsizəm.”

***

Göyçay rayonunun Bığır kənd sakini olan Cəsarət adlı şəxs on gündür Hilal adlı yeganə oğluna toy edir.

Məclisə Azərbaycanın tanınmış sənət adamları dəvət olunub. Məclisin idarəçiliyi isə tanınmış tamada Pünhan İsmayıllıya həvalə edilib.

Bildirilir ki, məclisə dəvət edilən bütün sənətçilərə yüksək məbləğdə qonorar ödənilib. Toyun son günü beş yüz qonaq dəvət edilsə də, min nəfər gəlib. Çıxılmaz durumda qalan iş adamı ikinci şadlıq sarayını da tutmalı olub.

Qeyd edək ki, adıçəkilən şəxs Rusiyada bizneslə məşğuldur. (ölkə.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm