Xalq artistinə qarşı FIRILDAQ: "Kim bunu edibsə..."
Bizi izləyin

Magazin1

Xalq artistinə qarşı FIRILDAQ: "Kim bunu edibsə..."

Hamını inandırıblar.

Xalq artisti Gülyanaq Məmmədovanın adına saxta "Feysbuk" profili açılıb.

Publika.az xəbər verir ki, bundan xəbər tutan məşhur sosial şəbəkələrdən istifadə etmədiyini bildirərək, onun adından istifadə edənlərə sərt mesaj yollayıb:

"Bir neçə sənət dostum dedi ki, Gülyanaq axır ki, sən də "Feysbuk"a qoşuldun. Özüm də gördüm ki, "Feysbuk"da adıma saxta profil açılıb. Mənim adımdan hamıya dostluq atıb, hamını inandırıblar. Elə insanlara dostluq yollayıb ki, hamısı da mənim yaxınlarımdır. Müğənnilərin adından istifadə etmək artıq dəb halını alıb. Mən, ümumiyyətlə, nə "İnstaqram", nə də ki "Feysbuk"dan istifadə edə bilirəm. Bizdə bu işlərə Gülyaz baxır, "İnstaqram"da ikimizin bir profili, "Feysbuk"da isə bir rəsmi səhifəm var. Nə vaxtım, nə də həvəsim yoxdur ki, bu işlərlə məşğul olum. Hər kim bunu edibsə, bağlasın, ən azından kiminsə adından istifadə edib, nələrsə yazmaq günahdır". (milli.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm