Rejissor həmkarlarına: “Tələbələrimin yanında quşlayıblar, ərə gedib uşaq doğun”
Bizi izləyin

Magazin1

Rejissor həmkarlarına: “Tələbələrimin yanında quşlayıblar, ərə gedib uşaq doğun”

Rejissor və aktyor Kənan M.M onun filmlərini bəyənməyən həmkarlarına sosial şəbəkədə cavab verib.

Publika.az xəbər verir ki, Azərbaycanda son illərdə çəkilən komediya filmlərini bəyənmədiyini bəyan edən rejissor içi qurdlu, paxıl insanlarla mübarizə aparmağa dəymədiyini söyləyib. Rejissorun instaqramda yazdığı sərt statusu təqdim edirik:

“Sadəcə yaxşılara dua edək, onların yanında olmağa çalışaq. 15 illik sənət aləmində yüzlərlə insan tanımışam ki, mən olmadığım halda arxamca ağzına gələnləri danışıb. Tələbələrim də buna bir neçə dəfə şahid olub. Sadəcə tələbələrimi tanımadıqları üçün quşlayıblar, amma mən onları görəndə öpüb qucaqlamışam ki, bəlkə adam olarlar, bəlkə utanalar. Biri pis rejissor, biri yaxşı ola bilər. Bu normal haldır, amma yaxşı insan olmaq hər rejissorun, hər insanın işi deyil. Siz çəkdiyniz kadrları bəzəyəndə mən qəlbimin, ürəyimin görünməyən tərəflərini bəzəməklə məşğul idim və hələ də bununla məşğulam. Razıyam, mən ən pis rejissoram, amma ən pis insan olmaqdan qorxan ən pis rejissor... Mənə axirətdə qalan rejissorluq yox, insanlıq olacaq. Qeybət eləməyin əzizlərim, arvad olmaqdan uzaqlaşın... Ya da baxdınız ki, uzaqlaşa bilmirsiniz, onda yaşınız çoxalmadan ərə gedin, uşaq doğun, qısası ağıllı olun!”.

Xatırladaq ki, Fərda Xudaverdiyev və Müşviq Şahverdiyev "Hər şey daxil" verilişində Kənan M.M-in "Komediya çəkənlər və onu izləyənlər boş insanlardır" sözlərinə cavab olaraq rejissorun çəkdiyi dram filmlər tutmadığı üçün əsəbiləşib özünə qapandığı söyləyib. Müşviq və Fərda rejissorun dediklərini ciddi qəbul etmədiklərini vurğulayıb:

“İstəyir ki, onu ciddiyə alaq, amma olmur. Kənan özü də komediya çəkmişdi, amma alınmadı deyə əsəbiləşib. Ən birinci "Ay brilliant"ı çəkmişdi. Bizdə dram janrında olan filmlərin maraq doğurmamasına səbəb türk seriallarıdır. Tamaşaçı onları izləyir, onlar film kimi çəkilir. Bizim çəkəcəyimiz dram filmi o seriallardan gözəl alınmalıdır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm