Magazin1
Azərbaycan “Eurovision 2017”-ni boykot edə bilər - İDDİA
Kiyevdə keçiriləcək “Eurovision 2017” mahnı müsabiqəsi boykot edilsə belə, Rusiya müğənnisi Yuliya Samoylovanın burada iştirak etməsi mümkün deyil.
Modern.az saytı TASS-a istinadən xəbər verir ki, bunu Ukaynanın xarici işlər naziri Pavel Klimkin bildirib.
“Bir sözlə, güzəşt qeyri-mümkündür. Hamı üçün qanun birdir”-deyə o qeyd edib.
Rusiyanın “Kommersant” nəşri isə yazıb ki, Ermənistan, Azərbaycan, Belarus, Serbiya, Yunanıstan “Eurovision 2017” müsabiqəsini boykot edə bilər.
“Bu mümkündür - əgər Kiyev Rusiya təmsilçisi Yuliya Samaylovanın ölkəyə girişini qadağan edəcəksə”-deyə bildirilir.
Xatırladaq ki, mahnı yarışmasında Azərbaycanı Diana Hacıyeva təmsil edəcək.
Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidməti Kiyevdə keçiriləcək “Eurovision-2017” mahnı müsabiqəsində iştirak etmək üçün seçilmiş Rusiya təmsilçisi Yuliya Samoylovanın ölkəyə girişinə qadağa qoyub. Buna səbəb isə müğənninin Krıma səfər etməsidir. Y. Samoylovanın Ukraynaya girişi 3 il müddətinə qadağan edilib.
Qərar Samoylovanın Ukrayna qanunvericiliyini pozması barədə əldə edilmiş məlumatlar əsasında qəbul olunub.
Y. Samoylova müsabiqədə “Flame is Burning” mahnısı ilə çıxış etməyi planlaşdırır. Müğənni uşaqlıqdan əlil arabasında hərəkət edir və birinci qrup əlilliyi var.
Qeyd edək ki, mahnı müsabiqəsinin yarımfinalı mayın 9 və 11-də, finalı isə 13-də keçiriləcək.
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR