"Bura Vətəndir" Ağsuda - - VİDEO
Bizi izləyin

Magazin1

"Bura Vətəndir" Ağsuda - - VİDEO

Ağsunun “Xaraba şəhəri"nin maraqlı tarixi, Orta əsr Ağsu şəhəri qoruq adlandırılmır? 38 hektar ərazidə batan tarix...

Artıq 3 cü həftədir yayımlanan və qısa zaman ərzində tamaşaçıların rəğbətini qazanan “Amil Xəlil ilə Bura Vətəndir!” verilişi bu dəfə Ağsudan sizləri salamlayacaq .

Ağsunun “Xaraba şəhəri"nin maraqlı tarixi, Orta əsr Ağsu şəhəri qoruq adlandırılmır? 38 hektar ərazidə batan tarix...

Səməndər Rzayevin, Mikayıl Mirzənin, Rasim Balayevin və başqa görkəmli şəxsiyyətlərin el-obasına Ağsu dolaylarından baxacayıq. Ağsunun Kürdəmir şəhərindən ayrılmasının səbəbləri, tarixi məmləkətimiz haqqında maraqlı faktlar barədə söhbət açaçağıq.

Heydər Əliyev mərkəzində pulsuz təhsil. Mərkəzin atdığı bu humanist addımdan sizin də xəbəriniz olsun...

Ağsunun və ümümilikdə Qafqazın ən böyük zavodunda maraqlı çəkiliş. Siz heç pomidor şirəsi içmişdinizmi? Az-Granatadan maraqlı məhsul.

Bir tarixdir Çiyni... Bu kəndi siz də tanıyıb heyran qalacaqsınız. “Bura kənd deyil, ay bala, qəsəbədir, şəhərdir” deyəcəyiniz bir məkanla tanış olacaqsınız . Şah İsmayılın ehtiyat etdiyi tayfa- Çiynililərdən xəbəriniz varmı?

Seyid Həsən Ağanin son arzusu Növcüdə gerçəkləşdi. Ölkənin bütün məmləkətlərindən onun ziyarətinə gələnlər, Seyid Həsən Ağanın niyə Ağsuda dəfn edildiyini bilirsinizmi? Ağa əslən ağsulu olmayıb. Maraqlı araşdırma sizi gözləyir..

Nağıllar dünyası. Balaca balalar Şaxta babanı Kosadan üstün tutdular. Maraqlı anlar Lider TV-də yaşanacaq.

Muğamlarda dinlədiyiniz şer parçalarının yazarını tapdıq. Əksər xanəndələrin əksər ifalarında səsləndirdiyi şer parçalarının yazarı Mətləb Məmmədoğlu “Amil Xəlil ilə Bura Vətəndir!” verilişində danışacaq.

Fokus-mokus... İllərdi televizyada foks izləyirsiz. Amma dəfələrlə cəhd etmisiniz ki, o foksun sirrin öyrənəsiz? İlk dəfə olaraq teleməkanda biz sizə bir özəl və qəliz foksun sirrini açacayıq. Gözünüz bizdə olsun...

Bütün bunları 2 aprel saat 14.00 da Lider Tv də izləməyi unutmayın.

“Bura Vətəndir!” verilişini öz bölgələrində görmək istəyənlər 070 653 48 69 vatsap nömrəsi ilə əlaqə saxlaya bilər.

Publika.az verilişə informasiya dəstəyi verir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm