Azərbaycanlı məşhura əri qiymətli avtomobil hədiyyə etdi - VİDEO
Bizi izləyin

Magazin1

Azərbaycanlı məşhura əri qiymətli avtomobil hədiyyə etdi - VİDEO

Heyat yoldaşı rəqqasə Fatimə Fətəliyevaya doğum günündə "Lexus" markalı avtomobil hədiyyə edib.

Publika.az xəbər verir ki, 38 yaşlı rəqqasənin həyat yoldaşı ona doğum günü sürprizi hazırlayıb. Rəqqasə həyat yoldaşı və yaxınlarının ona hazırladığı sürprizi və təbrik anlarını sosial şəbəkədə paylaşıb:

"Hədiyyəyə görə həyat yoldaşıma təşəkkür edirəm. Allah arzusunda olanlara nəsib etsin. Dostlarıma da bu sürpriz üçün də xüsusi təşəkkür edirəm”.

Xatırladaq ki, bu, rəqqasənin ikinci evliliyidir. Onun ilk nikahından 20 yaşlı bir qızı, ikincisindən isə 5 yaşlı bir oğlu var. Həmçinin F.Fətəliyeva həyat yoldaşının kimliyini gizli saxlamağa üstünlük verir. Sözügedən videoda da ulduzun həyat yoldaşının görünməməsi diqqətdən qaçmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm