"Arşın mal alan"ın Asyası niyə unuduldu?" - Amil Xəlil aktirisa haqqında - - VİDEO
Bizi izləyin

Magazin1

"Arşın mal alan"ın Asyası niyə unuduldu?" - Amil Xəlil aktirisa haqqında - - VİDEO

O, 2005-ci il fevralın 15-də 59 yaşında Bakıda qəflətən vəfat edib.

Lider TV-də yayımlanan "Amil Xəlil ilə Bura Vətəndir!" verilişində maraqlı anlar yaşanıb.

Aparıcı Ucardan hazırladığı verilişdə xalq artisti, mərhum sənətkar Xuraman Hacıyevanı yad edib.

Verilişdə aktrisaya qarşı olan münasibətdən söhbət açılıb. Əslən Ucarın Müsüslü kəndindən olan Cəmil Xəlilov Hacıyevanın 70 illik yubileyinin unudulduğunu qeyd edib. Araşdırmaçı jurnalist Amil Xəlil ilə onun bəzi "dostları" haqqında da fikirlər səsləndirib "Bir zamanlar yanında olan səhnə yoldaşları. Onun 70 illiyini niyə unutdular ?"

Xatırladaq ki, "Arşın mal alan" bədii filmində Asya rolunu canlandıran X.Hacıyeva 1945-ci il martın 7-də Bakıda anadan olub. Teatrdakı fəaliyyətinə görə Azərbaycan Respublikasının Əməkdar artisti (9 fevral 1979) və Xalq artisti (28 oktyabr 2000) fəxri adlarına layiq görülüb.

O, 2005-ci il fevralın 15-də 59 yaşında Bakıda qəflətən vəfat edib.

Publika.az verilişə informasiya dəstəyi verir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm