Magazin1
Cavanşir Quliyev savadsız Xalq artistini BİABIR ETDİ
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev savadsız müğənnilərin Xalq artisti adını almasından danışıb.
Publika.az xəbər verir ki, bəstəkar adını açıqlamadığı xalq artistinin məşhur mahnının müğəllifini tanımamasını savadsızlıq kimi qiymətləndirib:
"Bir dəfə telekanalın səhər programında hazırda çox populyar bir
Xalq artisti olan müğənnidən səsləndirdikləri məşhur "Hardasan"
mahnısının bəstəkarının kim olduğunu soruşdular, o dedi ki, Tofiq
Quliyevdir. Müğənninin verilişə dəvət etdiyi sintezatorçu qız (
guya savadlıydı, Konservatoriya məzunu idi) onun yanlışını
"düzəltdi" və mahnının müəllifinin Cahangir Cahangirov olduğunu
dedi... Hər iki cavab yanlış idi - əslində, mahnı Səid Rüstəmovun
bəstəsi idi.
Müasir Azərbaycanda əksər insanların daşıdıqları fəxri titullar və
mükafatlar, təəssüf ki, onların savadlı və məlumatlı olduqlarına
dəlalət etmir! Bir işi həqiqətən BİLMƏK və BACARMAQ, bakılılar
demişkən, alayı şeydür..."
Xatırladaq ki, bu yaxınlarda Azərbaycanın əməkdar artisti Vəfa Zeynalovanın dünya şöhrətli rejissor Andrey Tarkoviskini tanımaması, onun heç bir filminin adını çəkə bilməməsi geniş müzakirələr səbəb olmuşdu.
Aytən
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident