Fuad Poladovun SƏSİ BATDI - EKSKLÜZİV
Bizi izləyin

Magazin1

Fuad Poladovun SƏSİ BATDI - EKSKLÜZİV

Təqdimatda Rasim Balayev və Fuad Poladov iştirak etməyib.

Xalq artisti Fuad Poladovun səsi batıb.

Publika.az xəbər verir ki, bu gün Gənclik Cinema Plusda "Nazlı" filminin təqdimat mərasimi baş tutub. Filmdə Azərbaycan kinosunun ustad aktyorları: Rasim Balayev, Fuad Poladov, Məbud Məhərrəmov və Arif Quliyev çəkilib.

Lakin təqdimatda Rasim Balayev və Fuad Poladov iştirak etməyib. Filmin rejissoru Rəhman Rafiqoğlundan əldə etdiyimiz məlumata görə, hər iki xalq artisti səhhətində yaranan problemlərə görə qala gecəsində iştirak edə bilməyib.

Şəkər xəstəliyindən əziyyət çəkən R.Balayevin bir neçə müddətdir ki, belində ağrılar var və gəzə bilmir.

Xalq artisti Fuad Poladovun isə 3 aydır səsi batıb. 68 yaşlı aktyor hazırda Türkiyədə xəstəxanaların birində müalicə alır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm