• USD 1,7000 0,00% EUR 2,0120 0,00%
    • GBP 2,2300 0,00% RUB 0,0232 0,00%

"Ona baxan hər kəs kinoteatrdan sevişə-sevişə çıxacaq” - FOTOLAR

  • Magazin1
  • 27 Aprel 2017 10:05
  • 4 350 Baxış
"Ona baxan hər kəs kinoteatrdan sevişə-sevişə çıxacaq” - FOTOLAR

Dünən Gənclik Cinema Plusda “Nazlı” komediya filminin qala gecəsi keçirilib.

Publika.az xəbər verir ki, filmdə Xalq artistləri Rasim Balayev, Fuad Poladov, Arif Quliyev, Məbud Məhərrəmov, Əməkdar artistlər Mehriban Xanlarova, Nahidə Orucova çəkilib. Baş rolları isə gənc aktyorlar Ülvi Həsənli, Qorqud Cəfərli, Xumar Səlimova canlandırıb.

“Nazlı”nın quruluşçu rejissoru Rəhman Rafiqoğlu, quruluşçu operator Əli Sultanov, geyim üzrə rəssamı Mehriban Əfəndidir. Filmin baş produseri Murad Məhərrəmlidir.

İlk böyük tammetrajlı filmini çəkən rejissor Rəhman Rafiqoğlu filmlə bağlı təəssüratlarını bizə bölüşüb. O, 4 xalq artistini bu filmdə çəkilməyə razı salmaqda çətinlik çəkdiyini etiraf edib:

“Azərbaycan kinosunda öz sözünü demiş xalq artistlərini razı salmaq çox çətin idi. Yəqin ki, ssenarini bəyəndikləri üçün dəvətimizi qəbul etdilər. Rasim Balayevlə işləmək çox çətin idi, bəlkə də yaşla bağlıdır. Fuad bəylə əksinə, əməkdaşlığımız çox gözəl alındı. Ona görə ki, o da, mən də Əkizlər bürcündənik. İstənilən halda hər ikisinə təşəkkür edirəm. Tamaşaçılar bu filmdə onları tamamilə başqa ampluada görəcək. Onların “Nazlı”da canlandırdıqları obrazlar R.Balayevin Nəfisi, F.Poladovun drammatik rollarından çox-çox uzaqdır. Hər ikisi komik rolda çəkilib".

Rejissor xüsusilə gəncləri bu kinoya baxmağa dəvət edib:

"İstərdim ki, bu filmə baxandan sonra insanların sevgiyə baxışı dəyişsin, xüsusilə qızlarımız Nazlı kimi olmasınlar. Konservativ insanam, gənclərə baxanda əsəbiləşirəm, kitab oxumurlar, özlərini inkişaf etdirmirlər. Bizim vaxtımızda gənclərin həyat tərzi başqa cür idi”.

Gənc rejissor “Nazlı”ya baxmağa gələn sevgililərin kinoteatrdan sevişə-sevişə çıxacaqlarını xüsusi vurğulayıb:

“Lakin bu, o demək deyil ki, filmdə açıq-saçıq səhnələr var. Qətiyyən belə səhnələr yoxdur, film hər yaş kateqoriyası üçün nəzərdə tutulub. Sadəcə ekran işi gənc cütlüklər üçün gözəl nümunə olacaq. Hər kəs filmdən gözəl dərs çıxaracaq. Sevgililər kinoteatrdan çıxanda bir-birinin qədrini daha yaxşı biləcək, qucaqlaşıb-öpüşəcəklər. Çünki film sevgindən bəhs edir”.

Rejissor maliyyəsini açıqlamasa da, kifayət qədər bahalı film olduğunu da dilə gətirib.

Qeyd edək ki, film incə-mincə, müasir bir xanımın şəhərdən uzaq, ucqar bir kənddə başına gələn hadisələrdən bəhs edir. Nazlı çox ağıllı və savadlı olmasına rəğmən, daha çox şıltaqlığa, dəbdəbəli yaşamağa, gecə klublarına, bahalı həyat tərzinə üstünlük verir. Nazlının atası Şamil ağır təbiətli, yaşına hörmət edən, adət-ənənəyə sadıq, ciddi biznesmendir. Qızının ailə həyatı qurması üçün əlindən gələni edir.

Ancaq ailə həyatı Nazlının planlarına daxil deyil. Nazlının növbəti gecə gəzintisindən sonra Şamilin səbri tükənir. O, qızının qarşısına şərt qoyur: Nazlı ya ailə quracaq, ya da var-dövlətdən məhrum olacaq...

Aytən

Fotolar: Nurlan Gülməmmədov

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR