Rafael Allahverdiyevin nəvəsinin filmi ABŞ festivalında
Bizi izləyin

Magazin1

Rafael Allahverdiyevin nəvəsinin filmi ABŞ festivalında

ABŞ-ın 50-ci “Voldfest Houston” Beynəlxalq Film Festivalına dəvət alıb.

“İçəri şəhər” bədii filmi ABŞ-ın 50-ci “Voldfest Houston” Beynəlxalq Film Festivalına dəvət alıb.

Publika.az xəbər verir ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından Teleqraf.com-a bildirilib ki, film festivalın “Remi mükafatı” nominasiyasında təqdim ediləcək.

Festival aprelin 21-dən 30-dək ABŞ-ın Texas ştatının Hyuston şəhərində keçiriləcək.

Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırıblar.

Film Hindistan, Misir, Estoniya və Türkiyədə keçirilən beynəlxalq film festivallarında nümayiş olunub.

Qeyd edək ki, filmin ideya və ssenari müəlliflərindən olan Təhminə Rafaella Bakının keçmiş meri Rafael Allahverdiyevin nəvəsidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm