Cabir İmanovun 25 İLLİK HƏSRƏTİ: “Səni biqeyrətlərin əlindən qurtaracağıq!” - FOTO
Bizi izləyin

Magazin1

Cabir İmanovun 25 İLLİK HƏSRƏTİ: “Səni biqeyrətlərin əlindən qurtaracağıq!” - FOTO

Əməkdar artist Cabir İmanov Şuşanın işğalından 25 il ötməsi ilə bağlı təəssüratlarını bölüşüb.

Publika.az xəbər verir ki, sevilən aktyor sosial şəbəkədə Şuşa dağlarında çəkilmiş uşaqlıq fotosunu paylaşaraq doğma ata-baba yurdu haqqında xatirələrini yazıb:

“Bu gün Şuşanın işğalından 25 il ötdü. Bu 25 ildə sənin gözəlliyini, irimiqyaslılığını, təbiyətini, havanı, təravətini ancaq xəyallarda duydum. Evimizin nəhəngliyini, ölçülərinə görə yox, orada hər yay yaşayan böyük ailəmizə, ailə münasibətlərinə, səadətə, babamın evinə gələn çoxsaylı qonaqlarına, həmin evdə bəslənən gözəl musiqi əsərlərinə, qohum və qonşularımızla inanılmaz mehribançılığa görə hər zaman dərk eləmişəm. Şuşanı itirdikdən sonra ailə üzvlərimizin təbəssümü belə dəyişildi. Ələlxüsus də babamız Süleyman Ələsgərovun. Biz Bakıda doğulub sonra Şuşanı görüb sevmişik. Amma babam Şuşada anadan olmuşdu və Şuşasız özünü təsəvvür etmirdi. Nəinki özünü, Şuşanı Azərbaycansız, Azərbaycanı da Şuşasız. 25 il ötdü. 25 il. Bir igidin ömrü. Nə isə... Hər halda, nə olur olsun, səni azad edəcəyik. Öz yurdumuzda yurdçu olacayıq. Səni bu görməmiş, alçaq, oğru və biqeyrətlərin əlindən qurtaracağıq. İnşa Allah”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm