Xəstəxanaya yerləşdirilən Xalq artistindən SON XƏBƏR: "Allah qoysa..."
Bizi izləyin

Magazin1

Xəstəxanaya yerləşdirilən Xalq artistindən SON XƏBƏR: "Allah qoysa..."

Xalq artistini son vəziyyəti...

Mərkəzi Neftçilər xəstəxanasının terapiya şöbəsindən əldə etdiyimiz məlumata görə, Azərbaycanın Xalq artisti, tanınmış diktor Rafiq Hüseynlinin vəziyyəti yaxşılaşıb.

Publika.az xəbər verir ki, iki gün əvvəl halı pisləşən Xalq artistinin xəstəxanaya yerləşdirilməsinin onkoloji xəstəliklə bağlı deyil. Bu barədə xəstəxananın terapiya şöbəsinin həkimi məlumat verib.

Əldə etdiyimiz məlumata görə, Xalq artistinin səhhəti hazırda qənaətbəxşdir:

“Rafiq Hüseynli uzun illərdir şəkərli diabetdən əziyyət çəkir. Xəstəliyin nevroloji fəsadları olduğuna görə ayaqlarında ağrı və bir qədər zəiflik var. Hazırda müalicə alır, səhhəti yaxşılaşan kimi evə buraxılacaq. Dünən artıq özü sərbəst gəzirdi. Allah qoysa, evinə sağ-salamat gedəcək. Ciddi narahatçılığa əsas yoxdur”.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm