Magazin1
Hacı Nuran: “Onları vicdanları ilə baş-başa buraxıram…”
Xalq artisti Könül Xasıyeva haqqında bu günlərdə yayılmış yalan xəbərlərdən çox məyus olmuşdum...
Bu sözləri tanınmış teleaparıcı və xeyriyyəçi Hacı Nuran Teleqraf.com-a eksklüziv açıqlamasında deyib.
Aparıcı yayılan yalan xəbər haqda da danışıb:
“Xəbəri yayanlar ucuz reklama əl atmışdılar. Onları vicdanları ilə baş-başa buraxıram. Əsas sizə şad xəbərim var. Könül Xasıyeva üçün lazım olan vəsait toplanır və biz artıq, onu müalicə üçün xəstəxanaya yerləşdirmək üzrəyik”.
Dörd illik fasilədən sonra o, “Həyat” Fondunun dəstəyi ilə ATV telekanalında yenicə yayıma başlamış “Həyat” adlı sosial proqram haqda da məlumat verib.
“Mən əminəm ki, hər bir insan müəyyən dərəcədə xeyriyyəçidir. Biz qəlbində mərhəmət hissi olanlarla mərhəmətə ehtiyacı olanları “Həyat” adlı körpüdə birləşdiririk. İnsanlara kömək üçün tələsmək lazımdır. Hər günün, hər saatın öz hökmü var...“ – tele-aparıcı deyib.
Qeyd edək ki, Hacı Nuran uzun illər "Xəzər" telekanalında yayımlanmış "Xeyir körpüsü" proqramından tanınıb. O, xərçənglə mübarizə apararaq, xəstəliyə qalib gələn məşhurlardandır.
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi