Magazin1
ANS-in qalmaqallı aparıcısı Umka Hacıyeva şəxsi həyatından danışdı - FOTO
ANS-in keçmiş aparcısı, hazırda isə “Space” kanalında fəaliyyət göstərən Umka Hacıyeva seriala çəkiləcək.
Publika.az xəbər verir ki, bu barədə aparıcı özü məlumat verib:
“Artıq kontrakt bağlanıb, lakin serialın hansı kanalda yayımlanacağı və rolum haqqında danışmağa icazə verilmir. İnşallah çəkilişlər başladıqdan sonra bu barədə ətraflı məlumat verəcəm. Yalnız onu deyə bilərəm ki, serial komediya janrında deyil, drammatik rolda çəkilirəm, ağlamalı ekran işi olacaq. Ümumiyyətlə istənilən rolda çəkilməyə razı olmaram, bəzi məqamlar var ki, bizim milli mentalitetimizlə uyğun gəlmir. Çünki bizdə birmənalı qarşılanmır, mən isə qınaq obyekti olmaq istəmirəm”.
Aparıcı bəzi aktrisaların Türkiyənin bəzi film şirkətlərindən dəvət aldığına inanmadığını da dilə gətirib:
“Bəzi aktrisalar kimi efirə çıxıb yalandan deyə bilmərəm ki, Tükiyədə filmə çəkiləcəm. Belə bir təklif olmayıb. Olarsa da, məmnuniyyətlə çəkilərəm".
Şəxsi həyatında xoşbəxt olduğunu açıqlayan aparıcı bir müddət efirlərdən uzaq düşməsindən də danışıb:
“Şəxsi həyatımda hər şey qaydasındadır, lakin yaxın bir-iki il ərzində ailə qurmağı planlaşdırmıram. Özəl səbəblərdən dolayı bir müddət efirdən uzaqlaşmışdım, lakin bu səhvi ikinci dəfə təkrarlamayacam”.
Xatırladaq ki, Umka çimərlik geyimində fotolar paylaşdığı üçün “ANS”-də işdən çıxarılmışdı. Daha sonra isə aparıcı uzun müddət efirlərdən uzaq düşmüşdü.
Aytən,
Fotolar: Nurlan Gülməmmədova
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye