Magazin1
Nazir Xalq artistinə vəzifə verdi
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə tanınmış opera müğənnisi, Xalq artisti Samir Cəfərov Gəncə Dövlət Filarmoniyasına direktor təyin edilib.
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, bu gün şəhərdəki Məhsəti Gəncəvi Mərkəzində direktorun kollektivə təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Nazir Ə.Qarayev dövlətin hər zaman mədəniyyət və incəsənət xadimlərinə diqqət və qayğı ilə yanaşdığını, bir sıra maddi və qeyri-maddi mədəni irs nümunələrimiz UNESCO-nun siyahılarına daxil edildiyini deyib.
Nazir həmçinin Gəncə şəhərinin mədəni həyatından danışıb. Bildirib ki, Gəncə tarixən Azərbaycanın, eləcə də Şərqin böyük mədəniyyət mərkəzi olub: "Gəncə Azərbaycanın ədəbiyyatına, mədəniyyətinə və incəsənətinə böyük şəxsiyyətlər bəxş edib. Bu ənənə davam etməlidir. Bu işdə uzun illər fəaliyyət göstərən, özünün ənənələri formalaşan Gəncə Dövlət Filarmoniyası da layiqincə fəaliyyət göstərməlidir. İndi filarmoniya üçün yeni, müasir bina inşa edilir. İnanıram ki, dövlətin göstərdiyi diqqət və qayğıya Gəncə Dövlət Filarmoniyası da öz yüksək mədəni xidmətləri ilə cavab verəcək".
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...