Bakılı, rayonlu davasına qoşulan Lalə Məmmədovadan SƏRT İFADƏLƏR
Bizi izləyin

Magazin1

Bakılı, rayonlu davasına qoşulan Lalə Məmmədovadan SƏRT İFADƏLƏR

“Sözüm elimizin, obamızın, incəsənətimizin savadlı, ziyalı nümayəndələrinin fikirlərini təhrif edənlərədir! Bu qədər də olmaz!”

Publika.az xəbər verir ki, bu sözləri müğənni Lalə Məmmədova sosial şəbəkədə yazıb. O, bakılılar haqqında yazdığı statusa görə bəstəkar dostu Aygün Səmədzadəni qınayanlara cavab verib:

“İllər öncə mənə və bəstəkara böyük uğur gətirən “Məktəb illəri” mahnısını Aygün xanım mənə etibar edəndə bakılı və ya rayonlu olmağım onun üçün önəmli olmamışdı! Nəinki mənim, mənim kimi Aygün xanınım digər mahnılarını oxuyan və ömürlük vizit kartı qazanan başqa ifaçı və sənətkarların da həmçinin. Baxın, anam talış, atam isə cənubi azərbaycanlıdır. Bakıda doğulsam da, cənub mənim üçün bura qədər əzizdir. Bununla mən Azərbaycanımı bölgələrə bölmək istəmirəm, sadəcə aydınlıq gətirirəm. Əgər Aygün xanım üçün bu, bir önəm daşısaydı, “Məktəb illəri” mahnısını elə öz bakılısına oxutdurardı, mənə yox! Azərbaycan musiqisinə böyük töhfələr verən bir insanın haqqında xoşagəlməyən fikirlər yazanlar görəsən özləri bu Vətən, bu torpaq üçün nəsə edə biliblər?!”

Qeyd edək ki, Aygün Samədzadənin bakılılar haqqında bunları demişdi:

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oxumağa davam et
Reklam
Reklam

Gündəm