Məşhur müğənni keçmişini yada saldı: “Küçələrdə dönər yeyə-yeyə böyüdüm...”
Bizi izləyin

Magazin1

Məşhur müğənni keçmişini yada saldı: “Küçələrdə dönər yeyə-yeyə böyüdüm...”

"Elə bilirsiniz ki, doğulandan yağ-bal içində yaşamışam? Yox. Bəzən mənə “Dünya sənə gözəldir” deyə yazırlar. Bir onu bilirəm ki, küçələrdə dönər yeyə-yeyə böyüdüm... Avtobusa pul verməmək üçün həmişə arxada ayaq üstə gedirdim. Bütün sürücülər məni tanıyırdı və avtobusa minməyə qoymurdular. Bilirdim ki, düz etmirəm, ancaq pulum yox idi. Nə edə bilərdim? Və daha nələr-nələr..."

Publika.az xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov sosial şəbəkədə qeyd edib. Kasıb olduğu vaxtları xatırlayan ifaçı uğur qazanmasını öz işini, öz sənətini çox sevməsi ilə əlaqələndirib.

"Əsas odur ki, məqsədim və hədəflərim var idi. Sənət öyrənməyə gedirdim. Sənətimi sevərək öyrənirdim, nə vaxtsa yaxşı olacağına inanırdım. Bu günümizə min şükür! Allah hər kəsə ürəyinə görə versin”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm