• USD 1,7000 0,00% EUR 1,9550 -0,51%
    • GBP 2,2267 -0,57% RUB 0,0259 -0,39%

Azərbaycanlı milyonçunun nəvəsi Fəxrəddin Manafovu qucaqlayıb EŞQ ELAN ETDİ - FOTO

  • Magazin1
  • 3 Avqust 2017 11:45
  • 5 845 Baxış
Azərbaycanlı milyonçunun nəvəsi Fəxrəddin Manafovu qucaqlayıb EŞQ ELAN ETDİ - FOTO

Azərbaycanın görkəmli kino xadimi, Xalq artisti Fəxrəddin Manafov doğum gününü və Milli Kino Bayramını pərəstişkarları ilə qeyd edib.

Publika.az xəbər verir ki, 62 yaşı tamam olan tanınmış kino ulduzunun dünən YARAT Müasir İncəsənət Mərkəzində sevənləri ilə görüşü baş tutub. Görüşdə F.Manafov ona ünvanlanan sualları cavablandırıb, sevənlərilə şəkillər çəkdirib.

Fəxrəddin Manofovu izləməyə gələnlər arasında azərbaycanlı milyonçu Ağa Musa Nağıyevin nəvəsi, İctimai Birliyinin sədri, yazıçı Dilarə Ağa Musa Nağıyeva da gəlib. Aktyorla qucaqlaşan Dilarə Nağıyeva ona heyranlığını ifadə edib, həmçinin öz zarafatlarından da qalmayıb:

“Burada toplaşan gözəl və gənc qızları görəndə çox qısqandım, amma bilin ki, mən onu sizdən əvvəl tanımışam və sevmişəm”.

Daha sonra mərkəzdə F.Manafov və türkiyəli aktrisa Meral Konratın çəkildiyi “Təhminə” filmi nümayişi baş tutub.

Aytən,

Fotolar: ELNUR MUXTAR

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>