Murad Arif deməyə söz tapmadı: “Əvvəllər öz zibillərini gizlədiblər”
Bizi izləyin

Magazin1

Murad Arif deməyə söz tapmadı: “Əvvəllər öz zibillərini gizlədiblər”

“Siz inanırsınız ki, oxuduğum kriminal xəbərlərdən yazmağa söz tapa bilmirəm...?! Özümüzü vəsf edəcək o cümlə, söz düzəni bəlkə də yer üzündə mövcud deyil. Bu qırılmışın biri, uzağı ikisi dəli olar də... Nədir e bu? Nə yeyir bu adamlar? Necə becərilir bu kökü kəsilmiş cahillər, manyaklar?”

Publika.az xəbər verir ki, bu sözləri son vaxtlarda Azərbaycanda baş verən çoxsaylı kriminal, azyaşlı uşaqların zorlanma və qətl hadisələrindən təsirlənən aparıcı, müğənni-bəstəkar Murad Arif sosial şəbəkədə yazıb. Eşitdiyi dəhşətli hadisələrdən sarılan Murad Arif sözlərini belə davam etdirib:

“Məncə, elə hər zaman bunlar baş verib... Sadəcə əvvəllər internet xəbərçiliyi olmayıb... İnsanlarımız zibillərini gizlədə bilib...”

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm