Magazin1
Səbuhi Xanlarov arvadının ölümündən DANIŞDI: "Rəhmətə gedən sevgilimdir" - (YENİLƏNDİ)
Aktyor Səbuhi Xanlarov həyat yoldaşının ölümü ilə reklam olunması xəbərlərinə aydınlıq gətirib.
O, Oxu.az-ın əməkdaşına hazırda Türkiyədə olduğunu bildirib.
Aktyor bir neçə saat əvvəl mediada barəsində yayılan səs-küylü xəbərlə bağlı bunları deyib:
“Rəhmətə gedən mənim həyat yoldaşım deyil, sevgilimdir. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Sosial şəbəkə istifadəçiləri yazır ki, arvadının ölümü barədə xəbər yayaraq özünü reklam edir. Kimin nəyinə lazımdır? Nə deyirəm, nə danışıram özüm bilərəm.
Həyat yoldaşım sağ-salamatdır, övladlarımın yanındadır. Niyə ölsün ki?! İki balam var”.
***
Bu gün PrimeTime.Az saytı ilə əlaqə saxlayaraq həyat yoldaşının uzun sürən xərçəng xəstəliyindən sonra vəfat etdiyini deyən aktyor Səbuhi Xanlarovun yalanı üzə çıxıb.
Aktyorun bacısı Vəfa Xanlarova saytımıza zəng edərək məlumatın
doğru olmadığını bildirib. O deyib ki, qardaşının hansı səbəbdən
belə addım atdığını anlaya bilmir: "Onun yoldaşı sağdır. Düzdür,
xəstədir. Amma indi öz evində, övladlarının yanındadır. Ayıbdır.
Onlar ailəlidirlər. Çox xahiş edirəm, bu xəbəri silin. Yalan
məlumatdır. Yazıq anamın ürəyi gedib, atamın vəziyyəti pisdir.
Hamiləyəm, xəbəri oxuyandan özümə gələ bilmirəm. Bilmirəm o niyə
belə eləyir. Yəqin ki, reklam axtarır. Amma belə reklam olmaz".
Qeyd edək ki, bacısının zəngindən sonra Səbuhi Xanlarovla dəfələrlə
əlaqə saxlamağa çalışdıq. Lakin o sualımızı eşitdikdən sonra
telefonun dəstəyini asdı. Onu da əlavə edək ki, hər iki tərəfə aid
səs yazısı mövcüddur və lazım gələrsə yayımlamağa hazırıq.
***
"Maşın şou"nun qalmaqallı iştirakçısı, aktyor Səbuhi Xanlarova ağır itki üz verib.
Aktyorun həyat yoldaşı vəfat edib.
S.Xanlarov bildirib ki, xanımı uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib: "Çox pisəm. İki övladım anasız qaldı".
Allah rəhmət eləsin! (primetime.az)
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin119 Aprel 20:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil19 Aprel 20:40
Buraxılış imtahanının nəticələri açıqlandı