Səbuhi Xanlarov: "Həyat yoldaşım vəfat edib, belə zarafat olar?"
Bizi izləyin

Magazin1

Səbuhi Xanlarov: "Həyat yoldaşım vəfat edib, belə zarafat olar?"

Bu gün aktyor Səbuhi Xanlarovun həyat yoldaşının uzun sürən xərçəng xəstəliyindən vəfat etməsilə bağlı xəbər yayıldı.

Daha sonra PrimeTime.Az saytı xəbəri təkzib etdi və aktyorun bacısı Vəfa Xanlarovanın onlarla əlaqə saxladığını, xəbərin yalan olduğunu bildirdi:

“Aktyorun bacısı Vəfa Xanlarova saytımıza zəng edərək məlumatın doğru olmadığını bildirib. O deyib ki, qardaşının hansı səbəbdən belə addım atdığını anlaya bilmir: "Onun yoldaşı sağdır. Düzdür, xəstədir. Amma indi öz evində, övladlarının yanındadır. Ayıbdır. Onlar ailəlidirlər. Çox xahiş edirəm, bu xəbəri silin. Yalan məlumatdır. Yazıq anamın ürəyi gedib, atamın vəziyyəti pisdir. Hamiləyəm, xəbəri oxuyandan özümə gələ bilmirəm. Bilmirəm o niyə belə eləyir. Yəqin ki, reklam axtarır. Amma belə reklam olmaz".

Beləcə xəbərin yalan, yoxsa gerçək olduğu dəqiqləşmədi.

Publika.az S.Xanlarovla əlaqə saxladı. Aktyor bildirdi ki, xəbər düzdür:

“Ayıbdır, vallah. Bayaqdan dayanmadan saytlar məni yığır. Belə şey olar? Toydu, bayramdı, şənlikdi, nolub? Lazım olan mənbə xəbəri yayımlayıb. Bacımın adından yalan yazıblar. Elə şey ola bilməz. Ölü ilə oyun olar? Həyat yoldaşım ağır xəstəlikdən əziyyət çəkirdi və vəfat edib. Belə mövzuda zarafat etmək olar? Allah bütün ölənlərə rəhmət eləsin, qalanlara da can sağlığı versin. Ağır xəstələrə də Allahdan şəfa diləyirəm”.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm