Gənc aktrisa ilə bağlı ŞOK İDDİA: Mila Əminə ölməyib? - VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Magazin1

Gənc aktrisa ilə bağlı ŞOK İDDİA: Mila Əminə ölməyib? - VİDEO - (YENİLƏNDİ)

Publika.az aktrisanın anası Mətanət Bayramovanın verdiyi məlumat əsasında Türkiyənin İstanbul şəhərində yerləşən Qazi Osmanpaşa Medikal Park xəstəxanası ilə əlaqə saxlayıb.

Xəstəxananın reanimasiya şöbəsindən verilən məlumata görə, Mila Əminə Bayramova Minayə Elçin qızı adı ilə, həqiqətən də, həmin xəstəxanadakı reansimasiya şöbəsində qeydiyyatdadır.

***

Dünən ölüm xəbəri yayılan azərbaycanlı aktrisa Mila Əminənin ölümünün yalan olması iddiaları yayılıb.

Publika.az aktrisanın anası Mətanət Bayramova ilə əlaqə saxlayıb.

Aktrisanın anasının verdiyi məlumata görə, Mila 2 gün öncə kliniki ölüm keçirib:

“Ürəyi isə süni nəfəs aparatı sayəsində hələ də yaşayır. Allahdan bir möcüzə gözləyirəm ki, qızım yenidən həyata qayıtsın. Onun yaşaması sadəcə bir möcüzəyə bağlıdır”.

Anası bildirib ki, qızı Minayə Bayramova Türkiyənin İstanbul şəhərində yerləşən Qazi Osmanpaşa Medikal Park xəstəxanasında yatır.

Zümrüd

***

Mən şokdayam! Aparıcı Arif İbadullayevin bu araşdırması məni düşündürür... Səhər bunu bir daha araşdırmaq lazımdır. Amma bir reallıq var, İstanbulda olan jurnalist ötən gün Mila Əminənin anası ilə görüşüb və ona aktrisanın öldüyü deyilib. Beynim qarışdı, bilmirəm nə yazım...

Teleqraf.com-un məlumatına görə, bu sözləri tanınmış jurnalist Şahin Cavadsoy sosial şəbəkədə yazıb.

O, Milanın ölüm xəbərinin yalan olması ehtimalından danışıb:

“Əziz dostlar, dünən bütün xəbər saytları aktrisa Mila Əminənin vəfat etməsi barədə yazdı. Hazırda onun Türkiyə xəstəxanalarından birində olduğu, beyninin öldüyü və artıq hər şey üçün gec olduğu deyildi. Amma biz dostları olaraq inana bilmədik və xəstəxanaya zəng elədik. Belə bir xəstənin xəstəxanada qeydiyyatda olmadığını dedilər. Buna necə inanaq ki, həqiqətən bu insan həyatdan köçüb?”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm