Tanınmış aparıcı Nurlana bütün peşmançılıqlarını YADA SALDI VƏ... - “ÜÇ NÖQTƏ”
Bizi izləyin

Magazin1

Tanınmış aparıcı Nurlana bütün peşmançılıqlarını YADA SALDI VƏ... - “ÜÇ NÖQTƏ”

Tanınmış aparıcı Nurlana Cəfərova hesab edir ki, tənhalıq qadın üçün İlahidən göndərilən imtahandır.

Publika.az-ın “Üç nöqtə” layihəsinin növbəti qonağı olan aparıcı bildirib ki, yaxşı gündə də, pis gündə də gülümək şərtdir. Çünki hər şey müvəqqətidir.

- İndiki ağlım olsaydı...

- Pul yığmağı öyrənərdim.

- Zəmanət verə bilərəm ki...

- Sabah yenə gün çıxacaq.

- Dünyanı dəyişmək imkanım olsaydı...

- Müharibələri durdurardım.

- Kişilərə o qadınlar xəyanət etmir ki...

- Onların şərəfləri var.

- Kişilər o qadınlara xəyanət etmir ki...

- Hansılarını ki, həqiqətən sevirlər.

- Seviləsi qadın olmağın ilkin şərti...

- Səmimiyyətdir.

- Qadınlar yaşını ona görə gizlədir ki...

- Özləri bəzən xatırlamır.

- Qadına qarşı şiddət...

- Bağışlanmazdır.

- Vicdanıma and olsun ki...

- Heç kimə pislik arzu etmirəm.

- Mən təəssüf edirəm ki...

- Kitabımı yazıb bitirmək üçün vaxt tapa bilmirəm.

- Vanqa nənə ilə görüşsəydim...

- Ondan müsahibə alardım.

- Tənhalıq insan üçün lənətdir, yoxsa ki...

- İmtahan.

- Ən böyük səhvim o olub ki...

- Çox inanmışam.

- Kiminsə yalan danışdığını hiss edəndə...

- Daha ona etibar etmirəm.

- Riyakarlıqla üzləşəndə...

- Artıq təəccüblənmirəm.

- Tanrı insanları ona görə qeyri-bərabər yaradıb ki...

- Biriləri başqalarına kömək edib, bərabərliyi özləri yaratsınlar.

- Bəşəriyyətin gələcəyi haqqında fikirləşəndə...

- Bir az qorxuram.

- Günahlarım yadıma düşəndə...

- Hamı kimi mən də Tanrıdan bağışlanmağımı istəyirəm.

- İlahi ədalətə inancımı o zaman itirdim ki…

- Deyəcək şəxsi səbəbim yoxdur.

- Yaxşı gündə, pis gündə...

- Gülümsəyin! Hər şey müvəqqətidir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm