Azərbaycanda şairlərin növbəti QALMAQALI: “Arvad hesabına çörək yeyən...” - FOTOLAR
Bizi izləyin

Magazin1

Azərbaycanda şairlərin növbəti QALMAQALI: “Arvad hesabına çörək yeyən...” - FOTOLAR

“Azərbaycan bayrağı” şeirinin müəllifi kimi tanınan Ramiz Qusarçaylı həmkarı Cabir Albantürkün onun ünvanına yazdığı təhqirlərə görə məhkəməyə verəcəyini bildirib.

O, Publika.az-a açıqlamasında bildirib ki, məsləni hüquq müstəvisində həll etmək üçün hazırlıqlar görür:

"Ona bu sözləri yazdırırlar, bunlara görə cavab verməli olacaq. Onun səviyyəsinə enmək fikrim yoxdur, yalnız onu deyə bilərəm ki, məsələ ilə bağlı artıq araşdırma aparılmağa başlanıb. O, heç kimdir, adını çəkmək istəmirəm. Onu heç kim tanımır, ömür boyu heç yerdən əmək haqqı almayıb. Kimin kimə şər atdığı hüquqi qaydada araşdırılacaq və ona bunu yazdıran adamlar öz cəzasını alacaq”.

Haqqında yazılanlarla bağlı açıqlama vermək istəməyən şair Azərbaycanda özünün və fəaliyyətinin yetəri qədər tanındığını bildirib:

“Onun kimi deyiləm. O, arvadının hesabına çörək yeyən adamdır, arvadı onu saxlayır”.

R.Qusarçaylı açıqlamasında onu da bildirib ki, C.Albantürkün bu hərəkətləri bölgədə ara qızışdırmaqdan başqa bir şey deyil:

“6 ildir ki, nə gəldi yazır-pozur. Vurmağa bədəni yox, döyməyə canı. Mənə deyirlər ki, ona baş qoşma. Amma bu qədər də olmaz axı. Yazıçılarla bağlı tədbirlərimiz keçirilir, sözü varsa, gəlsin orda desin. Söyür, sonra da silir. Elə bilir ki, yazdığı statusu silməklə hərəkətini gizləyə biləcək. Araşdıranda hamısı bir-biri üzə çıxacaq. Mənə onu üstümə qaldıran adam maraqlıdır. Görək onun arxasndan kim çıxacaq?”

Cabir Albantürk Ramiz Qusarçaylı ilə eyni rayonda yaşayırlar. Hər iki şair Qubada fəaliyyət göstərir.

C.Albantürkün paylaşımını foto kimi təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm