Müğənni Xatirə HƏBS EDİLDİ - SON DƏQİQƏ
Bizi izləyin

Magazin1

Müğənni Xatirə HƏBS EDİLDİ - SON DƏQİQƏ

Xalq artisti Könül Xasıyevanın 70 min manat pulunu dələduzluq yolu ilə ələ keçirən şəxs tutulub.

Teleqraf.com xəbər verir ki, Nərimanov Rayon Məhkəməsi muğam ifaçısının pulunu qaytarmayan müğənni Xatirə Hacıyeva barədə iki aylıq həbs-qəti imkan tədbirinin seçilməsi haqqında qərar qəbul edib.

Bu barədə xalq artistinin vəkili Şəfiqə Nağıyeva məlumat verib.

Vəkil operativ işi həyata keçirən hər kəsə təşəkkürünü bildirib:

“Xatirə Hacıyeva 2 aylıq həbs olunacaq. Nərimanov rayon polis idarəsinin rəisi Nəriman İmanova, istintaq şöbəsinin rəisi Vüqar İsmayılova, operativ işlədiyi üçün müstəntiq Racib Almazova təşəkkürümüzü bildiririk”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm