Magazin1
Məşhurların “Qarabağ” sevinci - - FOTO/VİDEO
Çempionlar Liqasının “pley-off” mərhələsinin cavab matçında Danimarka təmsilçisi “Kopenhagen”ə 1:2 hesabı ilə uduzmaqla turnirin qrupuna vəsiqə qazanan “Qarabağ”ın qələbəsinə məşhurlarımız da sevinib.
Publika.az xəbər verir ki, qələbəni müxtəlif yollarla qeyd edən yerli tanınmışlar sevinclərini sosial media hesablarında belə dilə gətirib:
Aparıcı Murad Əzimzadə: “Həyacanlandıq, gərginləşib qışqırdıq, dizimizə döyüb, ovucumuzu üzümüzə sıxıb ağladıq da, amma inamımızı itirmədik.... Bu, Qarabağa olan həsrətin inama bürünmüş qəzəbi idi.... Bu gün Qarabağın bizə yaşatdığı, sözlə ifadəsi mümkünsüz sevinc hissi qələbəmizə işarə idi!!! Çox sağ ol Qarabağ, çox sağ ol qızıl məşqçi Qurban Qurbanov, çox sağ olun, Qarabağın igid oyunçuları!!!”
Müğənni Zamiq Hüseynov: “”Qarabağ” komandamız tarix yazdı. Azərbaycanlıları təbrik edirəm. Dünya ulduzları Bakıya gəlir! Ura!”
Xalq artisti Brilliant Dadaşova: “Nəhayət ki, idman oyunlarında futbolçularımız da bizi sevindirdi. İnsan sevincini paylaşıb, kədərini gizli saxlamalıdır”.
Xalq artisti Flora Kərimova: "Qarabağımızın adı daim Qələbə ilə tarixdə qalsın. Bütün futbolsevərləri, vətənsevərləri təbrik edirəm. Çox sevincliyəm çox. Komandamız ürəyimiz , dualarımız səninlədir".
Tanınmış aktyorlar Elməddin Cəfərov və Fərda Xudaverdiyevin sevinci isə tamam fərqli olub. Belə ki, qələbənin dadının çıxarmaq istəyən sənətçilər yolun ortasında avtomobilin üstünə çıxaraq “Qarabağ” deyə qışqırmağa başlayıblar.
Pərviz Hüseyn
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial24 Aprel 19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ24 Aprel 19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika24 Aprel 18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ