Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
Bizi izləyin

Magazin1

Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Azərbaycan Respublikası Prezidentinin “Üzeyir Musiqi Gününün keçirilməsi haqqında” 1995-ci il 18 sentyabr tarixli Fərmanına uyğun olaraq hər il sentyabrın 18-də respublikamızda bir çox konsertlər, tədbirlər, sərgilər təşkil olunur.
Publika.az xəbər verir ki, Heydər Əliyev Fondunun və nazirliyin təşkilatçılığı ilə 2017-ci il sentyabrın 18-dən 26-dək Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalının keçirilməsi planlaşdırılır.
Festivalda Almaniya, Rusiya, Türkiyə, Gürcüstan, Fransa, Bolqarıstan, Ukrayna, İrandan tanınmış musiqiçilər və kollektivlər, o cümlədən Münhen Simfonik Orkestri, Novosibirsk Filarmonik Orkestri, Rusiya Fortepiano Triosu, Başkənd Akademik Orkestri, Gürcüstan xoru, Eliso Bolkvadze, Plamena Manqova, Sergey Doqadin, Boris Andrianov, Filip Kopaçevski, Ertu Korkmaz, Berdiya Kiyares və başqaları iştirak edəcəklər.
Qeyd edək ki, 2009-cu ildən başlayaraq, ölkəmizdə ənənəvi keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi festivalları böyük əks-səda doğurub. Festival konsertlərində görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edirlər.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm