Stilist Samiraldo: “Əli Kərimli özünü mənə oxşada bilər”
Bizi izləyin

Magazin1

Stilist Samiraldo: “Əli Kərimli özünü mənə oxşada bilər”

Vaxtilə AXCP-nin funksioneri olmuş Şahin Həsənli olduqca ciddi iddialara söykənən məqalə yazıb. O, məqaləsində qeyd edib ki, Əli Kərimlini uzun müddət tanıyan cəbhəçi kimi onun insanlardan öz məqsədləri üçün istifadə edərək sonradan yararsız əşya kimi tullamasının, şəxsi maraqlarının təmini məqsədilə partiya liderləri arasında intriqa yaratmasının, dediyi fikirlərə alternativ fikirlər söyləyən şəxslərə qısqanc yanaşmasının, uzun müddət kin saxlamasının, AXCP üzvləri ilə məharətlə manipulyasiya etməsinin şahidi olub.

Məqalədə diqqət çəkən digər məqam Əli Kərimlinin stilist Samiraldo ilə müqayisə olunmasıdır: “Cəmiyyət arasında nüfuzunuzun göstəricisi kimi “Facebook”da videolarınıza baxış sayları, səhifənizin izləyicilərinin və rəy bildirənlərin sayına önəm verərək, digər siyasətçilərin “like”larını saymaq xəstəliyinə düçar olduğunuzu, daha çox “like” və izləyici yığanların paxıllığını çəkdiyinizi hamımız bilirik. O, məntiqlə yanaşsaq, stilist-modelyer Samiraldonun sizdən daha nüfuzlu şəxs olduğu, cəmiyyətimizin ona rəğbət bəslədiyi qənaətinə gələ bilərik”

Əli Kərimli-Samiraldo bənzətməsi sosial şəbəkələrdə fərqli müzakirələrə yol açıb. Adı siyasi qalmaqalda çəkilən tanınmış stilist əməkdaşımıza Əli Kərimlini tanımadığını, belə bir siyasətçinin varlığından xəbərsiz olduğunu deyib.

“Əli Kərimli kimdir? Təzə çıxıb? Nə işlə məşğul olur, bilmirəm. Şou-biznesdə olsaydı, tanıyardım. Müxalifətdən heç kimi tanımıram. Ümumiyyətlə, maraqlanmıram. Yəqin bu səbəbdən Əli Kərimlini tanımıram. Amma, o, istəyirsə özünü Samiraldoya oxşada bilər. Seçim onundur, mənim nəyimə lazımdır. İnsan insana oxşaya bilər. Deyə bilmərəm ki, özünü mənə oxşatma. İstəyirsə, buyursun, problem yoxdur. Təki mən ona oxşamayım”. (azvision.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm