“Günəşli çimərlik cəhənnəmə çevrildi” - Azərbaycanlı aparıcı Amerikada TƏHLÜKƏDƏDİR - – FOTO
Bizi izləyin

Magazin1

“Günəşli çimərlik cəhənnəmə çevrildi” - Azərbaycanlı aparıcı Amerikada TƏHLÜKƏDƏDİR - – FOTO

Xəbər verdiyimiz kimi, bu gün Amerikanın Texas ştatında güclü qasırğa gözlənilir.

Publika.az xəbər verir ki, insanların təhlükədə olduğu ərazidə istirahət üçün ABŞ-a üz tutan aparıcı Ranar Musayev də var. Hazırda Mayamidə olan məşhur bu barədə şəxsi hesablarında məlumat verib:

“Bu gün Texasda dəhşətli bir gün gözlənilir. Okeandan güclü qasırğa yaxınlaşır. Şəhərlərdən insanlar evakuasiya olunur, marketlər boşalıb, hər yer bağlıdır. Bu qasırğanın kiçik anonsuna Mayamidə də şahid oldum. Beş dəqiqə ərzində günəşli çimərlik cəhənnəmə çevrildi. Okeandan sahilə hücum edən sulu külək bir növ sunamini xatırlatdı. İlkin mərhələdə hamı qaçdı, mən isə telefonu götürüb video çəkmək niyyəti ilə sahildə qaldım. Amma bir dəqiqə sonar nəinki telefon, heç özümü belə idarə edə bilmədim. Öncə hamı qaçanda mənə təəccüblü gəldi. Sonra anladım ki, niyə qaçırmışlar. Nə biləydim? İlk dəfə belə bir şey görürəm. Allah hamını qorusun!”

Qeyd edək ki, aparıcı bir müddətdir Amerikada istirahət edir.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm