Azər Zahidin oğurlanan hesabı ilə bağlı nazirlikdən AÇIQLAMA
Bizi izləyin

Magazin1

Azər Zahidin oğurlanan hesabı ilə bağlı nazirlikdən AÇIQLAMA

Elektron Təhlükəsizlik Mərkəzinin saxta və ya oğurlanmış profillərin bağlanması ilə bağlı İnstaqrama göndərdiyi sorğular 90 faiz halda müsbət nəticələnir. Saxta profillər bağlanır, ələ keçirilmişlər isə geri qaytarılır. Əgər Azər bəy də bizə müraciət etsə, başqalarının ələ keçirdiyi və idarə etdiyi həmin səhifəsinin geri qaytarılmasına nail ola bilərik. Bu işlərdə təcrübəmiz də var.

Bu sözləri Publika.az-a açıqlaması zamanı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin aparıcı məsləhətçisi Sevinc Heydərli deyib. O, bu problemlə bağlı təkcə tanınmış insanların yox, adi istifadəçilərin də tez-tez onlara müraciət etdiyini bildirib:

“Belə hallarda biz birbaşa İnstaqram inzibatçıları ilə əlaqə saxlayırıq. Özümüz birbaşa müdaxilə edə bilmərik. Çünki bizim buna səlahiyyətimiz çatmır. Sadəcə olaraq, koordinasiya yolu ilə problemin həlli yönündə müəyyən işlər görürük. Bu qarşı tərəfin sorğumuza cavabından asılı olaraq, dəyişir. Cavab müsbət də ola bilər, mənfi də.

Oğurlanıb şantaj olunma hallarında, Azər bəydən istənildiyi kimi pul istənildiyi halda isə artıq işə hüquq və mühafizə orqanlarının qarışması vacibdir. Çünki şantaj cinayətdir. Şantaj olduğu halda ya şikayətçi şəxs özü hüquq-mühafizə orqanlarına şikayət etməlidir, ya da bizə şikayətini bildirməlidir ki, biz işi onlara yönəldək”.

Sevinc Heydərli belə hallardan qorunmaq üçün sosial şəbəkə istifadəçilərinə məsləhət edib: “Bu cür hallarla rastlaşmamaq üçün sosial şəbəkələrə qoşularkən təhlükəsizlik tədbirlərinə mütləq əməl olunmalıdır. Əvvəla maksimum 8 işarədən ibarət düzgün istifadəçi şifrəsi qoyulmalıdır ki, bu hamı tərəfindən asanlıqla ələ keçirilməsin. Həmçinin həmin profil mütləq elektron ünvanla əlaqələndirilməlidir ki, oğurluq hadisəsi baş verəndə həmin elektron ünvana bildiriş gəlsin. Kod daxil olsun ki, bunun qarşısını almaq mümkün olsun. Bir də çalışdıqca paylaşımların “Public” olmasından yayınmaq lazımdır”.

Xatırladaq ki, ATV telekanalının aparıcı siması, “Amedia Group”un rəhbəri Azər Zahidin 76 min izləyicisi olan İnstaqram profili türkiyəli vətəndaşlar tərəfindən oğurlanıb və əvəzində 1000 türk lirası tələb olunur. Azər Zahid yeni səhifə açaraq, İnstaqram izləyicilərini yeni “azerzahid” profilini izləməyə, “Bahadır Elmas” profilini isə “unfollow” etməyə dəvət edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm