• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Vəkili restoranda hücuma məruz qalan İzzət Bağırovla bağlı YENİ FAKTLAR AÇIQLADI: “Otağa daxil olub...”

  • Magazin1
  • 31 Avqust 2017 11:56
  • 2 384 Baxış
Vəkili restoranda hücuma məruz qalan İzzət Bağırovla bağlı YENİ FAKTLAR AÇIQLADI: “Otağa daxil olub...”

“İzzət Bağırova açıq şəkildə hücüma cəhd edilib. O, öz peşə fəaliyyətini həyata keçirən zaman bir qrup şəxs ictimai davranış qaydalarını pozaraq ictimaiyyətin olduğu yerdə təhqiramiz söyüşlər istifadə ediblər. Onlar bununla da kifayətlənməyərək fiziki təzyiq göstərmək üçün hücuma keçib. Bu zaman restoranın əməkdaşları öz ictimai vəzifələrini yerinə yetirərək, həm də orda olan digər vətəndaşlar yaranmış hücumun qarşını almağa müvəffəq olublar”.

Publika.az xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırovun vəkili Ceyhun Yusifov deyib. C.Yusifov bildirib ki, hadisənin baş verməsində İzzət Bağırovun heç bir aktiv rolu olmayıb. O, hadisənin səbəbini qonaqların içki təsiri altında olması ilə izah edib:

“İzzət Bağırov mahnı ifa edən zaman bir qrup şəxs həm musiqiçilərin, həm operatorun, həm də müğənninin ünvanına nəlayiq ifadələr işlədib. Onların bu cür davranışlarından sonra İ.Bağırov təsirlənərək öz otağına çəkilib. Bu zaman bir neçə şəxs gözlənilmədən küçə söyüşləri və təhqirləri ilə otağa daxil olmaq və ona xəsarət yetirmək istəyiblər. Bundan sonra biz xoşagəlməz hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına bu barədə məlumat vermişik. İctimai-təhlükəli əməlin baş verməsində İzzət Bağırovun nəinki rolu olub, əksinə onun qarşısını alaraq ictimai qaydaların və restorandakı şəsxlərin istirahətinin pozulmaması üçün hadisədən tam şəkildə yayınıb. Təəssüflər olsun ki, həmin şəxslərin hərəkətləri nəticəsində restoranın fəaliyyəti pozulub”.

Məlumat üçün bildirək ki, Bakıdakı şadlıq evlərindən birində tanınmış müğənni İzzət Bağırova görə mərasim iştirakçıları arasında yaranmış mübahisənin kütləvi dava ilə nəticələnməsi ilə bağlı xəbərlər yayılıb.

Aytən

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR