Ən böyük arzusu Miri Yusifi görmək idi, görüşdü, sonra dünyasını dəyişdi – FOTOLAR
Bizi izləyin

Magazin1

Ən böyük arzusu Miri Yusifi görmək idi, görüşdü, sonra dünyasını dəyişdi – FOTOLAR

Ötən günlərdə feysbuk sosial şəbəkəsində sağlamlıq imkanı məhdud olan iki qardaşın Röya, Miri Yusif və aktyor İlkin Misgərli ilə görüşmək arzusu xeyli insan tərəfindən paylaşılmışdı.

Publika.az xəbər verir ki, bu istəkdən xəbər tutan Miri Yusif və “Bozbash Pictures”ın “Qılman həkim”i onların ziyarətinə getmişdi. Vəli və Fərid adlı qardaşlar isə onların gəlişinə çox sevinmişdi.

Ancaq bu sevincli anların ardından qardaşlardan biri – Vəlinin vəziyyəti pisləşib. Həmin gün iki dəfə təcili yardım vasitəsilə normala dönən Vəli, bu gün dünyasını dəyişib. Vəlinin ən böyük arzusuna çatandan sonra dünyasını dəyişməsi isə onu sevənləri göz yaşına boğub.

Qeyd edək ki, bu barədə məlumatı Mahir Orucov adlı həkim şəxsi hesabında yazıb.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm