Dilarə Əliyeva "baldız" olub: YENİ SERİAL GƏLİR
Bizi izləyin

Magazin1

Dilarə Əliyeva "baldız" olub: YENİ SERİAL GƏLİR

Aktrisa, teleaparıcısı Dilarə Əliyeva yeni mövsümdə "Xəzər" telekanlı ilə əməkdaşlıq edəcək.

Publika.az xəbər verir ki, kanalla müqavilə imzaladığını deyən Dilarə Əliyeva komediya janrında maraqlı serialın işıq üzü görəcəyini bildirib:

"Serial "Baldızzz" adlanır. Rollarda çox dəyərli aktyorlarımızdan - Xalq artisti Cəfər Namiq Kamal, Xuraman Əlizadə, Rüfət Bəşir və Ramin Şıxəliyev və digərləri yer alıb. Serialda baldız obrazını elə özüm canlandıracam. Qardaşım rolunda isə gənc və istedadlı aktyor Kənan Yusifov çəkilib. Fariz Əliyevin ssenarisi əsasında çəkilən filmin rejissoru Ramin Hacıyevdir. Ümid edirik ki, izləyicilər bu serialı sevə-sevə izləyəcəklər".

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm