Rafiq Hüseynovun xanımı: “Vəziyyəti ağırdır, hazırda reanimasiyadadır”
Bizi izləyin

Magazin1

Rafiq Hüseynovun xanımı: “Vəziyyəti ağırdır, hazırda reanimasiyadadır”

Azərbaycan Televiziyasının aparıcısı, diktor və Xalq artisti Rafiq Hüseynov reanimasiyaya yerləşdirilib.

Publika.az xəbər verir ki, bu barədə müalicə üçün Türkiyəyə gedən aparıcının xanımı Səbinə Hüseynova məlumat verib:

“Ümid edirdik ki, reanimasiyadan bu gün çıxardarlar, amma həkimlər icazə vermədi. Yəqin ki, hələ bir neçə gün də reanimasiyada qalacaq. Burda həkimlər hər gün yoldaşımın gecədən səhərə qədər olan vəziyyətini yoxlayırlar. Bu qeydlərə əsasən də onu reanimasiyadan çıxarıb çıxartmamağa qərar verirlər. Həkimlər deyir ki, vəziyyəti yaxşı deyil. Lakin ümid edirəm ki, sabaha öz otağına qaldırarlar”.

S.Hüseynova həyat yoldaşı ilə səhər danışdığını söyləyib:

“Səhər yanında idim, halsız idi. Narkozu ağır keçirir".

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm