Xonçalar, 20 minlik qızıl, üç ev... – Toya hazırlaşan Cəmilə Tağızadə ilə MÜSAHİBƏ
Bizi izləyin

Magazin1

Xonçalar, 20 minlik qızıl, üç ev... – Toya hazırlaşan Cəmilə Tağızadə ilə MÜSAHİBƏ

Ötən həftə toy etməsi xəbəri ilə Azərbaycan mediasının gündəmini zəbt edən aktrisa Cəmilə Tağızadə müsahibimizdir. Toy təlaşından, gələcək həyat yoldaşından ağız dolusu danışan aktrisa Publika.az-ın suallarını belə cavablandırdı:

- İki gün sonra toyundur. Toy hazırlığı necə gedir?

- İnanırsınız, başım elə qarışıqdır. Sosial şəbəkələrə az girirəm, toy təlaşı bir yandan, üstəgəl çəkilişlərim də var. Hamısını bir arada etmək çətin olur.

- Toyun olacağını niyə hər kəsdən gizlədirdin?

- Biz fevral ayından danışırıq, sadəcə gizlin saxlamışdım. Düşünürdüm nə qədər az adam bilsə, o qədər yaxşıdır. Bədnəzərdən qorxuram. Çalışırdım ki, hamı toy günü bilsin.

- Toy mediaya açıq olacaq?

- Bəli. Sadəcə bəzi jurnalist dostlarımız oldu ki, aləmi biri-birinə vurdu. Yazdılar ki, “rəfiqəsinin qırxı çıxmamış toy elədi”. Bu mənə o qədər pis təsir etdi ki...

Əvvəlcədən planlaşdırılmış bir şeydir. Mən nə bilərdim ki, Mila rəhmətə gedəcək? Xəstə olduğunu bilirdim, lakin sağalacağına ümid edirdim. Çünki bizə belə xəstə olduğunu deməmişdi.

- Toyunda qohumlar çox olacaq, ya dost-tanış?

- Fikirləşdim ki, çox adam çağırmaq lazım deyil. Toyumda cəmi 150 nəfər qonaq var. Onun da 30 nəfəri qohumdur, qalanı sənət dostlarım olacaq. Türkiyədən isə Muradın ailəsi, çox yaxın qohumları və dostları gələcək.

- Bir müddətdir nişanlısınız. Eşitdiyimizə görə, təzə qohumların səni hədiyyə yağışına tutub: Qurban bayramı, Novruz bayramı, 8 mart hədiyyələri və s.

- Yox, mənə nə lazımdırsa, gedib Türkiyədə aldırdacam. Murada da mənə istəmədiyim hədiyyələri alma, demişəm. Çünki mənim xasiyyətim başqa cürdür. Xonçalar, iyirmi minlik qızıl tələb edəcək qadın deyiləm.

- Bu sferada olan insanların ailə qurması çətin olur...

- Məni burada çox adam istəyirdi. Sadəcə uyğun olan çox az idi. Murad mənə çox uyğundur. Biri-birimizə hörmət edirik. Aramızda sevgi, hörmət, gözəl hisslər, qayğı, ehtiras hər şey var. Daha nə olmalıdır ki?

- Buradakı oğlan fanatlarının reaksiyası necə oldu?

-Gözləmədiyim adamlardan təbrik mesajları gəldi. Çoxu isə inanmırdı. Hələ də inanmayanlar var.

-Bəs “Cehizsiz gəlin”in cehizi hazırdır?

-“Cehizsiz gəlin”in üç evi var. Daha nə lazımdır? İki diplomumu cehiz aparacam. Bəs diplomu şkafda kim tozlandırsın?

- Burada yaşamağı düşünürsünüz?

- Yox, Türkiyədə yaşayacağıq. Onun orada evi var. Türkiyədə də şirkətlərlə çalışıb, işimi davam etdirəcəyəm.

- Bu qədər tanınmağın və ətrafında dostlarının olması onu narahat etmir ki?

- Dəhşət qısqanc adamdır. Ancaq hərdən onu qıcıqlandırıram. Zarafatla deyirəm: “Sən Azərbaycanın tanınmış aktrisası ilə evlənirsən. Bunun farkındamısın?”. “Yaxşı, sən yenə başladın?” deyib, məni yola verir. Mən də qısqanc qadınam. Hətta, jurnalistlər onun sosial media hesablarını tapandan sonra hamısını deaktiv etdirdim.

-Sənə xoşbəxtlik arzu edirik...

- Xoş günümə sevindiyiniz üçün təşəkkür edirəm.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm