Ceyhunun “Onsuz” keçən 10 günü - VİDEO
Bizi izləyin

Magazin1

Ceyhunun “Onsuz” keçən 10 günü - VİDEO

Tanınmış estrada müğənnisi Ceyhun Qala kimi tanınan Ceyhun Əliyevin yaradıcılığında yenilik var. İfaçı müəllifi özü olduğu “Onsuz” adlı yeni mahnısına ekran həyatı verib. Aranjimanı Elvin İmanova, miks-masterinqi isə Yaşar Baxışa məxsus olan yeni klipin rejissoru Fərhad Əlidir.

Publika.az xəbər verir ki, ərsəyə gələn işi haqda danışan ifaçı mahnının yaranma tarixçəsindən bəhs edib:

“Əslində, bu mahnı onsuz qaldığım 10 gün içərisində yaranıb. Hiss etdiklərimi bəstələdim və oxudum. Düzdür, insanlar həyatlarında çatışmayan şeylərdən şikayətlənirlər. Bəzən isə əksinə olur. Hər şey var, amma yenə də nəsə çatmır kimi davranırlar. Ancaq Allahıma çox şükür mənim heç bir şeydən narazaçılığım yoxdur. Bu dünyada nə baş verirsə Allahın istəyi ilə olur. Bu səbəbdən Rəbbimin göndərdiyi hər günə, yaşatdığı hər ana şükür edirəm”.

İfaçı qeyd edir ki, son aylar yazdığı az qala bütün musiqilər onun öz həyatından götürülüb: “Buna dostum Sevda Yahyayeva ilə birgə ifa etdiyim “Bal dadır” mahnım da sübutdur. Mahnımın səmimiyyəti hər kəsin qəlbinə yansıdı. Əksər insanlar nə hiss etdiyimi dərhal anladı. İfaya gərək ürək qoyasan”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm