Magazin1
“Bizə deyilmişdi ki, mahnı səslənəndə Bakı meri də orada olacaq” - Müğənnilər danışdı
Xəbər verdiyimiz kimi, “Planet Parni iz Baku”nun konsertində Bakı meri Hacıbala Abutalıbov kəskin tənqid edilib.
Publika.az Azxeber.com-a istinadən xəbər verir ki, satirik mahnını ifa edən müğənnilər məsələyə münasibət bildiriblər.
Nadir Qafarzadə açıqlamasında bu hərəkətin, sadəcə, yumor olduğunu deyib: “Bu, yumordur. “Planet parni iz Baku”nun tamaşaları üçün çəkilmiş bir videodur. Bunu siyasətə bağlamaq olmaz. Yumor insanlar tərəfindən normal qəbul olunmalıdır. Mahnıda nə söyüş, nə də siyasətlə bağlı nəsə var. Xahiş edirəm, siyasəti mədəniyyətə qarışdırmayın”.
Müğənni “Bu ifaya görə “qara siyahı”ya düşə bilərsinizmi?” sualına isə belə cavab verib: “Qadağa qoymaq istəyirlər, qoysunlar. Dünyanın axırı deyil ki...”
Elçin Cəfərov açıqlamasında siyasətdən uzaq olduğunu
bildirib: “Bakı merinin siyasətinə qarşı çıxış edə
bilmərəm. Mən siyasətdən uzaq insanam. Hər zaman siyasətdən yan
qaçmışam. Düzdür, o layihədə iştirak etmişəm, amma siyasi
söhbətlərdə adımın hallanmasın istəmirəm. Bu KVN-in layihəsi idi,
biz də müəyyən vaxtlarda gəlib mahnını ifa etmişik. Yəni
məqsədyönlü bir şey yoxdur, bu, bir yumordur”.
Əməkdar artist Tünzalə Ağayeva layihənin çoxdan lentə
alındığın bildirib: “Bu layihə 3 il əvvəl lentə alınıb.
Sadəcə, indi mətbuatda yer alıb. Bizə deyilmişdi ki, mahnı həmin an
salonda səslənəndə Hacıbala Abutalıbov da orada olacaq və onun bu
layihədən xəbəri var”.
Müğənni Elnarə Xəlilova isə onları bir cümlə ilə ifadə edib: “Bu, sadəcə, bir yumordur”.
Teleaparıcı Murad Arif isə bu haqda daha geniş danışıb: “Bu nömrə 2 il öncə “Planet Parni iz Baku” teatrının bir səhnəciyi üçün çəkilmiş videoçarx idi. Mətn və ideya, başda Tahir İmanov olmaqla, həmin teatrın üzvlərinə məxsusdur. Bu klip 2 il öncə Heydər Əliyev Sarayında, konsertin özündə də yayımlandı. 3 saatlıq tamaşada adəti üzrə bir çox adamlar tənqid olundu, çox vacib məqamlara toxunuldu. Təklif ediləndə də bizə deyilmişdi ki, mer özü sarayda olacaq və onun bu tip zarafatlara münasibəti normaldır, mahnıdan sonra təbrik ediləcək və sair. Bu gün, bir tək bu nömrə ümumi tamaşadan (kontekstdən) çıxarılıb, paylaşıldı. Adı da qoyulub ki, “Ulduzlar tənqid etdi”. KVN-in gözəlliyi, məncə, satiradır, tənqiddir. Şəxsən buna normal yanaşıram. Tamaşa da gözəl idi. Amma müəyyən fraqmentləri çıxarıb qərəzli təqdim etmək bir az təəssüf, bir az da təəccüb doğurur”.
-
ABŞ11:22
ABŞ-ın növbəti prezidenti məlum oldu: “Simpsonlar”ın PROQNOZU...
-
Dünya09:54
Çin anons etdi: Yeni “gözəgörünməz” gəlir
-
Sosial09:12
MİDA bu ərazilərdə güzəştli mənzilləri satışa çıxarır
-
Hadisə08:46
Azərbaycanda bir bağça 4-cü dəfə yandı: Nə baş verir? - VİDEO
-
Nəqliyyat08:34
Bakıda bu yollarda tıxac var - SİYAHI
-
İdman06:16
“Beşiktaş” “Makkabi”ni Bakıda qəbul edəcək?
-
Magazin103:35
“Sosial media məni iki dəfə ərə verib” - Sevinc Əliyeva
-
Dünya01:20
Nazir dəmiryolu vağzalındakı hadisəyə görə istefa verdi