Çingiz Abdullayevdən “26” kafesi ilə bağlı SƏRT SÖZLƏR
Bizi izləyin

Magazin1

Çingiz Abdullayevdən “26” kafesi ilə bağlı SƏRT SÖZLƏR

Azərbaycanın detektiv yazıçısı Çingiz Abdullayev “26” kafesinin adının dəyişdirilməsinə münasibət bidlirib.

Publika.az xəbər verir ki, yazıçı bu barədə feysbuk səhifəsində geniş status yazıb. Onun yazdığı statusu təqdim edirik:

“Hərdən elə düşünürsən ki, insanlar ən adi şeyləri bilməlidir. Amma görünür ki, elə deyil. Odur ki, yertli-yataqlı başlayacağam.

İlk növbədə onu qeyd edim ki, “26” restoranı ilə Yazıçılar Birliyindən heç kimin heç bir əlaqəsi yoxdur. Şadlıq evləri və restoranları ancaq böyük gəlirləri olan insanlar özünə açmağı rəva bilər. "26" rəqəmi bizim bəzi məmurları əsəbiləşdirdi! Amma bu restoran uzun illərdir fəaliyyət göstərir! Dünən bir çox tarixçi restoranın adının “26” rəqəmi qoyulmasını tənqid edib, bildiyimə görə, artıq onun adını dəyişmək təklif olunub və sahibi də razılaşıb. Sahibi izahatında göstərib ki, onun maşınının nömrəsi də iyirmi altıdır və bu tarix onun doğum günü ilə bağlıdır.

Amma restoranın açılışından bu qədər il sonra adı belə səs-küy yaradırsa, lövhəni dəyişmək yaxşıdır. Nəticə etibarı ilə bu, bizim xalqımızın ağrılı yeridir. Artıq restoranın adının yazıldığı lövhəni də dəyişiblər. Bundan sonra baş verənləri isə bütün dünya bilir. Çoxmilyonlu şəhərin meri və polis zabitləri gəlib məkanı bağladı və mebelləri daşımağa başladı. Dedilər ki, bu oğlanı tutmaq lazımdır. Maraqlıdır hansı maddə üzrə? Məhkəmənin qərarı olmadan özəl restoranın mebellərini sındırmağa və müsadirə etmək olar ki? Onu həbs etmək olar ki? Bu hadisəni İsraildə, Amerikada, Rusiyada eşidən bütün insanlar bizə gülürlər. Ayın iyirmi altısında dünyaya gəlmiş bütün insanlara tarixi, rəqəmləri və maşın və avtobus nömrələrini dəyişməyi təklif edirlər. Bundan artıq şərh verməyəcəm”.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm