Toya hazırlaşan aktyorun qızıllarını, pullarını "bomj" OĞURLAYIB? - “Narkotik qəbul edən...”
Bizi izləyin

Magazin1

Toya hazırlaşan aktyorun qızıllarını, pullarını "bomj" OĞURLAYIB? - “Narkotik qəbul edən...”

“Bütün ailəmiz neçə gündür ki, həvəslə qardaşımın oğlunun toyuna hazırlaşırdı. Özü də ailənin ilk nəvəsidir. Dünən ailəlikcə qardaşım oğlunun qız toyuna getmişdik. Evdən 18:35 radələrində çıxmışıq, 1-ə 5 dəqiqə işləmiş isə qayıtmışıq. İçəri daxil olanda gördük ki, oğruların apara bilmədiyi dollarların bir neçəsi əllərindən yerə düşüb. Sonra binanın arxa hissəsindəki pəncərinin açıq olduğunu gördük. Onlar yataq otağına daxil olaraq hər yeri dağıdıblar. Şkafın içində qızıllar olan çanta da var idi. Onu da, qardaşımın cibindən də oğlunun toyu üçün yığıdığı pulu aparıblar”.

Bu sözləri dünən qardaşının evi qarət olunan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru və aparıcı Elnur Kərimov Publika.az-a verdiyi açıqlamasında deyib. Aktyor əlavə edib ki, oğrular dəyəri ümumilikdə beş min manat olan qızıl-zinət əşyaları və iki min manat nəğd pul aparıb:

“Polis əməkdaşları dünən gəlib araşdırma aparıb. Məlum oldu ki, oğru əlcəkdən istifadə edib, deyilənə görə tək olmayıb. Evə bir adam daxil olub digərləri isə nəzarət ediblər. Ancaq bir adamdan şübhələnirik, o da rus qapı qonşumuzdur. O evdə qalan şəxs "bomj" həyatı sürür, oraya tez-tez narkotik qəbul edən, içki içən dostları gəlir. Biz bu barədə dəfələrlə polis idarəsinə məlumat vermişik, hətta yazılı müraciətlər etmişik. Bunun üstündə həmin qonşu ilə mübahisələr, dava-dalaş olub. Gecə saat ikidə evdən qışqırıq, hay-küy səsləri gəlir. Qardaşım onları qovlamaq istəyəndə ona güc tətbiq ediblər. Hadisəni qonşunun törətdiyini dəqiq bilmirik, amma ilkin təxminlərimizdən biri odur ki, oğurluğu həmin evə gəlib-gedənlərdən biri edib. Çünki toya hazırlaşmağımızı binada demək olar ki, hamı bilirdi. Ondan bir gün qabaq da evdə xonçalar bəzənib”.

Aktyor özünün kirayərədə qaldığını, hadisənin ata evində baş verdiyini deyib:

“Saat 5-ə qədər polislər gəlib gedib, amma hələ ki heç bir irəliləyiş yoxdur. Polislərdən indiyə qədər heç bir zəng gəlməyib, araşdırmanın başlamdığını bilmirəm. Ümid edirəm ki, tezliklər tapılar. 18-i oğlan toyu olmalıdır, bilmirik ki, nə edək. Hamımız çaş-baş qalmışıq”.

E.Kərimovun bildirib ki, hadisə baş verən gün anası ikinci mərtəbədəki evdə olub:

“Anamın səhhətində problemlər olduğu üçün onu toya aparmadıq. Həkim çağırdıq, səhhətinə nəzarət etdi. Tək qoymaq istəmədik, odur ki, anamı qonşudan bir nəfərə tapşırdıq. Amma hadisə baş verən vaxt qonşu anamın yanında olmayıb. Oğrular evə gecə saat 9-10 radələrində daxil olub. Onda anam evə işıq düşdüyünü görüb şübhələnib. Bizə zəng edib dedi ki, evdə işıq görüb, özü də çox narahat idi. Amma polislər deyir ki, işıq dayanacqdakı maşınların da işığı ola bilər. Hələ ki, oğrulardan xəbər-ətər yoxdur, gözləyirik”.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm